← Baş səhifə

TQDK haqqında əsasnamə

I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə tələbə qəbulunu aparan orqandır.
Komissiya Azərbaycan Respublikasının Prezidenti nəzdində fəaliyyət göstərir.

2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarıны, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər aidiyyatı təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komissiya müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

5. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və  qanunvericilikdə qadağan olmayan digər mənbələr hesabına həyata keçirilir. 

II. KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ

6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;

6.2. dövlətlərarası razılaşmalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali məktəblərinə, əcnəbilərin və xaricdə yaşayan vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycan Respublikasının ali məktəblərinə qəbulunun aparılması;

6.3. Azərbaycan Respublikasının bütün ali məktəblərinin bakalavr və magistr pillələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;

6.4. tələbələrin və magistrlərin dövlət elektron məlumat bazasının yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunması;

6.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə edilmiş digər vəzifələrin yerinə yetirilməsi.

III. KOMİSSİYANIN ƏSAS FUNKSİYALARI

7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir;

7.2. imtahan fənləri üzrə qəbul proqramlarmı hazırlayır və təsdiq edir;

7.3 ali və orta ixtisas məktəblərinə qəbul qaydaları, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir;

7.4. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırılmış tələbə qəbulu planыны elan edir və onun əsasında sənədlərin qəbulunu təşkil edir;

7.5. tələbə qəbulу kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır;

7.6. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir;

7.7. qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələri ictimaiyyətə çatdırır;

7.8. sistemli analiz və proqnozlaşdırma əsasında təhsilin strukturunun və ixtisas nomenklaturasının dəyişdirilməsi, təkmilləşdirilməsi haqqında təkliflər verir, müvafiq dövlət orqanları qarşısında vəsatətlər qaldırır;

7.9. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə Sənəd Qəbulu Komissiyaları yaradır, onların fəaliyyətini tənzimləyir və nəzarət edir;

7.10. test bankının formalaşdırılması, elmi-metodiki və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qrupları, ekspert şuraları və elmi-metodiki seminarlar təşkil edir;

7.11. qəbul kampaniyasının keçirilməsi üçün müqavilə yolu ilə mütəxəssislər və ekspertlər cəlb edir;

7.12. abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə müqavilə əsasında hazırlıq kursları təşkil edir;

7.13. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodiki vəsaitlər və test topluları hazırlayır və dərc edir;

7.14. yaradılmış test bankının mütəmadi təftişini aparır;

7.15. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodiki materialların çatdırılması üçün özünün mətbu orqanıны təsis edir, jurnal, bülleten və digər nəşrlər dərc edir;

7.16. müasir informasiya texnologiyalarıны tətbiq etməklə tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və analitik təhlilini aparır;

7.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.

8. Bu Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi nəticəsində əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür.

IV. KOMİSSİYANIN HÜQUQLARI

9. Komissiya öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. öz səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarından və digər təşkilatlardan zəruri sənədlər, statistik məlumatlar və sair materiallar tələb etmək və onlara lazım olan zəruri sənədləri və materialları müəyyən olunmuş qaydada təqdim etmək;

9.2. Komissiyanın səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktlar qəbul etmək və onların icra olunmasına nəzarət etmək;

9.3. qanunvericilikdə müəyyən olunmuş qaydada tabeliyində qurumlar, regional bölmələr yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

9.4. Komissiyanın səlahiyyətində olan işlərin həyata keçirilməsi üçün qanunvericiliyə müvafiq qaydada müqavilə əsasında mütəxəssislər və ekspertlər cəlb etmək;

9.5. əlaqədar icra hakimiyyəti orqanları ilə fəaliyyət sahəsi üzrə idarələrarası komissiyalar, ekspert şuraları, habelə işçi qruplar yaratmaq;

9.6. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə dair normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;

9.7. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq;

9.8. qəbul qaydalarının abituriyentlər, tədris müəssisələri, təşkilatlar və onların vəzifəli şəxsləri tərəfindən yol verilmiş pozuнтулар və saxtakarlıq halları ilə əlaqədar qərarlar qəbul etmək, bu şəxslərin məsuliyyətə cəlb edilməsinə dair müvafiq dövlət orqanları qarşısında vəsatətlər qaldırmaq;

9.9. öz səlahiyyətləri daxilində konfranslar, müşavirələr keçirmək və digər tədbirlər təşkil etmək;

9.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. KOMİSSİYANIN İŞİNİN TƏŞKİLİ
10. Komissiyaya Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komissiyanın sədri Komissiyaya həvalə olunmuş vəzifələrin həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.

11. Komissiya sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

12. Komissiyanın sədri:

12.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

12.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Komissiya aparatının strukturunu və ştat cədvəlini, struktur bölmələrinin və Komissiya tərəfindən yaradılan qurumların əsasnamələrini təsdiq edir;

12.3. səlahiyyətləri çərçivəsində Komissiyanın aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

12.4. Komissiya sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;

12.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaradır, onların say və şəxsi tərkibini, iş reqlamentini müəyyən edir;

12.6. Komissiya aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirlərini görür;

12.7. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq əlaqələrdə iştirak edir, beynəlxalq əməkdaşlığa dair danışıqlar aparır, idarələrarası sazişlər bağlayır, beynəlxalq tədbirlərdə iştirak edir;

12.8. Komissiyanın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq hesabatlar və məlumatlar verir;

12.9. Komissiyanın maliyyə vəsaitləri və əmlakı barəsində sərəncam verir;

12.10. qanunvericiliyə uyğun digər səlahiyyətləri həyata keçirir.

13. Komissiyada Komissiyanın sədrindən (Kollegiyanın sədri), onun müavinindən, habelə Komissiyanın digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır.

14. Kollegiyanın üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

15. Kollegiya öz iclaslarında Komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

16. Kollegiyanın iclasları Kollegiyanın üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

17. Kollegiyanın qərarları Kollegiyanın üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.

18. Zəruri hallarda, Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, tədris müəssisələrinin və digər təşkilatların nümayəndələri Kollegiyanın iclaslarına dəvət oluna bilərlər.

19. Komissiyanın nəzdində məsləhət-məşvərət orqanı olan Ekspert Şurası yaradıla bilər. Ekspert Şurasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının, tədris müəssisələrinin nümayəndələri və müstəqil ekspertlər daxil edilir.