← Baş səhifə

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul olmaq istəyən abituriyentlər ali məktəblərə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə -ali məktəblərə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra Siz orta ixtisas məktəbləri üzrə ixtisas seçimində iştirak edə bilərsiniz. İxtisas seçimi internet vasitəsilə yerinə yetirilməlidir. Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
  • I ixtisas qrupu – texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları;
  • II ixtisas qrupu – kimya-texnoloji və tibb ixtisasları;
  • III ixtisas qrupu- humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları.
Оrta ixtisas məktəblərinin I qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin I, II, III və IV qruplarının abituriyentləri, II qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin I və IV qruplarının abituriyentləri, III qrup ixtisaslarının müsabiqəsində ali məktəb¬lərin III qrupunun abituriyentləri iştirak edə bilərlər.

141-Telefon məlumat xidməti