
Tələbə qəbulu haqqında elan
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu elan edir
1. Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 21-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurur və müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiq etdirirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
2. Azərbaycan Respublikasının vətəndaşlarından ərizələrin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və “TQDK-nın ödəmə kartı”ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın İnternet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/ali2009) daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını dol¬dururlar (bax: səh. 6. “Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydası”).
Bundan sonra abituriyentlər tələb olunan sənədlərini aşağıdakı SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər.
ərizə qəbulu elan edir
2.1. Orta ümumtəhsil məktəblərini 2009-cu ildə bitirən abituriyentlər ərizələrini aşağıdakı SQK-larda təsdiq etdirirlər:
Bakı şəhəri:
- Binəqədi rayonu 83 saylı məktəb (İ.Dadaşov küç. 91, tel.: 561-63-66);
- Binəqədi rayonu 115 saylı məktəb (Azadlıq prospekti 183, tel.: 569-04-94);
- Binəqədi rayonu 297 saylı məktəb (Y. Hüseynov küç. 7-ci döngə, tel.: 06-69-84, 406-29-97);
- Xətai rayonu 95 saylı məktəb (Qaçaq Nəbi küç. 13, tel.: 475-18-33, 570-51-06) ;
- Xətai rayonu 55 saylı məktəb (İ. Orucov küç. 21, tel.: 490-08-59, 490-15-35);
- Xətai rayonu 249 saylı məktəb (Gəncə prospekti 14, tel.: 579-37-06, 471-20-60);
- Nəsimi rayonu 19 saylı məktəb (A.Mustafayev küç. 20, tel.: 569-62-71);
- Nəsimi rayonu 46 saylı məktəb (Bülbül prospekti 36, tel.:495-84-82)
- Səbail rayonu 190 saylı məktəb (N. Rəfibəyli küç. 8, tel.: 492-48-74);
- Səbail rayonu 49 saylı məktəb (A. Nəsirov küç. 5, tel.: 491-23-77, 491-55-49);
- Sabunçu rayonu 107 saylı məktəb (Bakıxanov qəs., M.Gəncəvi küç. 14, tel.: 425-49-97, 425-02-78);
- Sabunçu rayonu 75 saylı məktəb (Zabrat qəs., Əzizbəyov küç. 1, tel.:550-24-05);
- Qaradağ rayonu 139 saylı məktəb (Lökbatan qəs. N.Gəncəvi küç. 1, tel.: 445-21-93);
- Əzizbəyov rayonu 136 saylı məktəb (Binə qəs. H. Hasilov küç.,1, tel.: 456-25-35);
- Nizami rayonu 210 saylı məktəb (Q.Qarayev küç. 73 “b”, tel.:421-64-48, 421-90-37);
- Nizami rayonu 250 saylı məktəb (B. Nuriyev küç. 45, tel:474-08-41, 474-62-97);
- Nərimanov rayonu 47 saylı məktəb (Azadlıq prospekti, 139, tel.: 440-93-01, 440-96-25);
- Nərimanov rayonu 178 saylı məktəb (A. Heydərov küç. 26-6, tel.: 567-54-28, 567-82-43);
- Yasamal rayonu 158 saylı məktəb (A. Abbasov küç.,6, tel.: 432-50-96, 432-64-13);
- Yasamal rayonu 225 saylı məktəb (Ə.Ələkbərov küç. 507/511 məhəllə, tel.: 438-11-84, 438 31-61);
- Suraxanı rayonu 85 saylı məktəb (Suraxanı qəs. 5-ci mədən, X. Ələkbərov küç. 18, tel.: 452-14-07);
- Suraxanı rayonu 104 saylı məktəb (Qaraçuxur qəs. C. Qurbanov küç. 3, tel.: 427-60-02).
Digər rayonlar (şəhərlər):
- Rayon (Şəhər) Təhsil Şöbələri;
2.2. Orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən abituriyentlər və ali, orta ixtisas, peşə məktəblərinin məzunları ərizələrini aşağıdakı ali təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:
- Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid pr., 25);
- Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küç. 34);
- Azərbaycan Memarlıq və İnşaat Universiteti (Bakı ş., Ayna Sultanova küç. 5);
- Azərbaycan Dillər Universiteti (Bakı ş., R.Behbudov küç. 60);
- Azərbaycan Turizm İnstitutu (Bakı ş., Koroğlu Rəhimov küç. 822-823-cü məhəllə);
- Xəzər Universiteti (Bakı ş., Məhsəti küç.,11);
- “Azərbaycan” Universiteti (Bakı ş., Tbilisi pr., Alatava 2);
- Bakı Biznes Universiteti (Bakı ş., H.Zərdabi küç. 88“a”);
- Azərbaycan Dövlət Aqrar Universiteti (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) (Gəncə ş., Atatürk pr., 262);
- Gəncə Dövlət Universiteti (Gəncə ş., Ə.Cəmil küç. 1);
- Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., H.Əliyev pr., 103);
- TQDK-nın Naxçıvan MR Regional Şöbəsi (Naxçıvan ş., Nizami küç. 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı);
- Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);
- Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı (Sumqayıt ş., 16-cı məhəllə, 38”a”);
- Lənkəran Dövlət Universiteti (Lənkəran ş., H.Aslanov küç. 50);
- Mingəçevir Politexnik İnstitutu (Mingəçevir ş., D.Əliyeva küç. 21);
- Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı (Şəki r-nu., M.Rəsulzadə pr., 305);
- Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı (Qazax r-nu., H.Əliyev pr., 150);
- Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı (Ağcabədi r-nu., M.Rəsulzadə pr., 210);
- Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı (Cəlilabad r-nu., M.Hüseyn küç. 20);
- Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı (Quba r-nu., Fətəlixan küç. 4);
- Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı (Salyan r-nu., B.Talıblı küç. 1);
- Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı (Şamaxı r-nu., Şəhriyar qəs., Azadlıq küç. 1);
- Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı (Zaqatala r-nu., Əzizbəyov küç. 4).
3. Xarici dövlətlərin vətəndaşları və 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları “TQDK-nın ödəmə kartı”ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın İnternet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/ali2009) daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını doldururlar (bax: səh. 6. “Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydası”).
Bundan sonra abituriyentlər tələb olunan sənədlərini müvafiq SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər.
16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizələrini aşağıdakı SQK-larda təsdiq etdirirlər:
Azərbaycan Müəllimlər İnstitutu (Bakı ş., K.Rəhimov küç., 874-cü məhəllə);
TQDK-nın Naxçıvan MR Regional Şöbəsi (Naxçıvan ş., Nizami küç. 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı);
Azərbaycan Dövlət Aqrar Universiteti (keçmiş Azərbay¬can Kənd Təsərrüfatı Akademiyası) (Gəncə ş., Atatürk pr. 262).
Xarici dövlətlərin vətəndaşları ərizələrini TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Qazax Rayon Təhsil Şöbəsində, Rusiya Federa¬siyası Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
4. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyənlər sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edir və elektron ərizələrini həmin təhsil müəssisələrində yaradılmış SQK-da təsdiq etdirirlər.
5. Abituriyentlər ərizələrini təsdiq etdirmək üçün SQK ya aşağıdakı sənədləri təqdim etməlidirlər:
- orta və ya ali təhsili haqqında sənədi:
- əvvəlki illərin məzunları sənədin əslini;
- cari ilin məzunları müəyyən edilmiş formada, təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində oxuduqlarını təsdiq edən arayışı (16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3x4 sm ölçüdə şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
- Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqəsini;
- 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni;
- xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
- xarici dövlətlərin vətəndaşları yuxarıda qeyd olunan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
6. 1974-1991-ci il təvəllüdlü (1991-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan gənclərin möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə müvafiq rayon (şəhər) Hərbi Komissarlıının qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Orta ümumtəhsil məktəblərinin 2009-cu il məzunlarından möhlət haqqında arayış tələb olunmur.
Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin çağırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin hərbi komissarlıqları tərəfindən aparılır.
7. Ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidirlər.
Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 28-dən mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyent qabiliyyət imtahanlarının cədvəlini götürür və cədvəl üzrə qabiliyyət imtahanları verir.
Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali məktəblər üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları” (səh. 9) və “Orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları”nda (səh. 21) verilmişdir.
8. Azərbaycan Dəniz Akademiyasının ixtisaslarında və ya Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrini təsdiq etdirmək üçün sənədlərini bilavasitə həmin təhsil müəssisələrində yaradılmış SQK-ya təqdim edirlər. Onlar həmin təhsil müəssisələrində xüsusi tibbi və psixoloji müayinədən keçirlər. Müayinədən müvəffəqiyyətlə keçmiş abituriyentlər ərizələrində bu ali məktəblərin müvafiq ixtisaslarını göstərmək hüququ qazanırlar və onların ərizələri müayinədən keçdikləri təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq edilir.
Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrində xarici dildən imtahan fənni kimi yalnız ingilis dilini seçə bilərlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasına yalnız 23 yaşına çatmamış oğlan abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasına isə 23 yaşına çatmamış bütün abituriyentlər ərizə verə bilərlər. Bu ixtisaslarda təhsil almaq istəyən abituriyentlər xüsusi tibbi müayinədən əlavə “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən müvəffəqiyyətlə keçməlidirlər.
9. Azərbaycan Tibb Universitetinin hərbi həkim işi ixtisasında 01.09.2009-cu il tarixədək 17 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər aprelin 30-dək Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rəisinə ərizə ilə müraciət etməli, bundan sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə¬lidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən abituriyentlər ərizələrini komissiyadan keçdikləri təhsil müəssisəsində yaradılmış SQK-larda təsdiq etdirirlər.
10. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahan¬larına buraxılırlar.
İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 12-dən az olmamalıdır.
Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2009-cu il mayın 24-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 21-də yalnız Bakı şəhərində keçirilir. Mayın 24-də keçirilən imtahanda iştirak etmək istəyənlər qəbul imtahanlarında iştirak etmək üçün ərizələrini mayın 18-nə kimi müvafiq SQK-da təsdiq etdirməlidirlər.
“Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün abituriyentlərə müəyyən olunmuş tarixlərdə ərizələrini təsdiq etdirdikləri SQK-da “İmtahana buraxılış vərəqəsi” verilir. Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
- şəxsiyyət vəsiqəsini;
- 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni;
- xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;
- – 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.
11. Qəbul imtahanları Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçirilir.
Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaşayan və orada yaradılmış SQK-lara sənəd verən abituri¬yentlər imtahan verirlər.
12. İmtahanda iştirak etmək üçün abitu¬riyentə ərizəsini təsdiq etdirdiyi SQK-da müəyyən olunmuş tarixdə “İmtahana buraxılış vərəqəsi” verilir.
Cari ilin məzunları orta və ya ali təhsili haqqında sənədlərini aldıqdan sonra həmin sənəddəki məlumatları internetdə elektron ərizələrinə daxil etməli və onlara “İmtahana buraxılış vərəqəsi” verilərkən müvafiq SQK-ya orta və ya ali təhsil haqqında sənədin əslini təqdim etməlidirlər.
Abituriyent qəbul imtahanına gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
- şəxsiyyət vəsiqəsini;
- 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni;
- xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;
- - 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.
13. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra qəbul planına daxil olan ixtisaslar siyahısından internet vasitəsilə ixtisas seçimi aparılır.
İxtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər:
III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.
Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur.
Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Xüsusi təyinatlı ali məktəblərə sənəd verən abituriyentlər müsabiqədə ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə iştirak edirlər.
Ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, onları bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə informasiyadan istifadə edilir:
- əsas fənlər üzrə nisbi balların cəmi;
- əsas fənlər üzrə attestat qiymətlərinin cəmi;
- əsas fənlər üzrə düzgün cavabların saylarının cəmi;
- fənlərin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
- bütün fənlər üzrə bütövlükdə düzgün cavabların sayı;
- fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.
*Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri “Ali məktəblər üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları” (səh. 9) və “Orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları”nda (səh. 21) verilmişdir.
14. Abituriyentlər imtahan nəticələri ilə əlaqədar müəyyən olunmuş müddətdə TQDK tərəfindən yaradılan apelyasiya komissiyalarına müraciət edə bilərlər.
15. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, peycer və digər rabitə vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər sax¬akarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
|
|
|