Dərsliklərin monitorinqi

Line Spacing+- AFont Size+- Çap
Elmi-metodiki monitorinqinin nəticələri
Yükləmələr: 8754
2014-cü il “Abituriyent” jurnalının 12-ci sayına əlavə
 
 

Dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin  monitorinqi ilə bağlı elmi‑metodiki  seminarların  iş qrafiki  (2015/2016-cı tədris ili üçün) 

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli Fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK-ya) həvalə edilmişdir. 

 Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodiki seminarlar təşkil olunur. 

İbtidai təhsil səviyyəsində (IV sinif) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar 02 noyabr  2015-ci il tarixdən fəaliyyətə başlayacaqdır. 

Ümumi və tam orta təhsil səviyyələrinin  VI və VIII siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2016-cı ilin yanvar ayından fəaliyyət göstərəcəkdir. 

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə onlayn rejimində yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaqdır. 

Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib, qeydiyyatdan keçməlidirlər. 

 Pedaqoji ictimaiyyətin, müəllimlərin, valideynlərin və şagirdlərin nəzərinə! 

 Respublikanın ümumtəhsil məktəblərində istifadədə olan I - XI sinif dərslikləri, dərs vəsaitləri və digər tədris vasitələri ilə bağlı (Azərbaycan və rus bölmələri üzrə) fikirlərinizi, qeyd və təkliflərinizi TQDK-nın elektron ünvanına (derslik@tqdk.gov.az), “Dərslik portalı”na (deslik.edu.az) və poçtla göndərə bilərsiniz.
 

İbtidai təhsil səviyyəsi üzrə seminarların iş qrafiki (Seminarlar 2015-cı ilin noyabr ayından fəaliyyətə başlayır)

 



Seminarın adı

Bölmə

Həftənin günü, başlama vaxtı

1.

IV sinif müəllimlərinin elmi‑metodiki seminarı

Azərbaycan

II gün, saat 15:00

2.

IV sinif müəllimlərinin elmi‑metodiki seminarı

Rus

IV gün, saat 15:00

 

İbtidai təhsil səviyyəsi üzrə seminarların iş planı

·         IV sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi

Ümumi   və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş qrafiki (Seminarlar 2016-cı ilin yanvar ayından fəaliyyətə başlayır)

N

Fənnin adı

Həftənin günü

Başlanma vaxtı

1

Ana dili və ədəbiyyat

I

13.30

2

Azərbaycan dili   
(təlim rus dilində olan məktəblər üçün)

I

15.00

3

İngilis dili

I

11.30

4

Alman dili

I

16.00

5

Fransız dili

I

15.30

6

Kimya

II

10.00

7

Fizika

III

10.00

8

Русский язык и литература

III

14.00

9

Rus dili (təlim Azərbaycan dilində olan məktəblər üçün)

III

15.30

10

Şərq dilləri

III

15.00

11

Tarix

IV

11.00

12

Biologiya

IV

09.00

13

Coğrafiya

V

10.00

14

Riyaziyyat

V

12.00

Ümumi və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş planı

·         VI sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi

·         VIII sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi

Elmi-metodiki seminarların keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı