AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Komissiya

Line Spacing+- AFont Size+- Çap
Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş 20 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir. Dövlət Komissiyası yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışmış və bu yöndə əsaslı nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərdə böyük dövlət rəhbərimiz Heydər Əliyevin Komissiyaya göstərdiyi qayğı və köməyin, siyasi və mənəvi dəstəyin, xalqın inam və etimadının böyük rolu olub.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tədbiq etməyi təcrübədə sübut edib. Dövlət Komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxından iştirakı ilə Mərkəzi Seçki Komissiyasının seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılması onun bu yöndəki fəaliyyətinin ən mühüm tərəflərindəndir.