AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2009-2010

Line Spacing+- AFont Size+- Çap
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi məqsədilə 17 mart 2009-cu il tarixli, 37 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara müvafiq olaraq TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrinin fəaliyyətini təmin etmək məqsədilə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir.Müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması, təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq yeniliklər edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu istiqamətdə daha bir addım atmışdır. Ödəmə kartlarının elektron satışına imkan yaradan yeni xidmət sayəsində “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada almaq imkanı qazanmışdır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil sahəsi üzrə nümayəndə heyətini qəbul etmişdir. Riçard Hopperin rəhbərlik etdiyi heyətlə görüşdə Azərbaycanda ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində islahatlar aparılması, bununla bağlı bank tərəfindən irəli sürülən layihənin ayrı-ayrı müddəaları ətrafında fikir mübadiləsi aparılmışdır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə mayın 20-dən 22-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) regional Konfransı keçirilmişdir. TQDK MDB ölkələri arasında TQBA -nın ilk üzvü və bu qurumun MDB ölkələri seksiyasına rəhbərlik edən bir təşkilat kimi onun keçirdiyi proqramların, illik beynəlxalq konfransların təşkilində mütəmadi olaraq iştirak edir. Regional konfrans “Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda keçirilmişdir.

Crown otelində təşkil olunan Konfransda İngiltərə, Niderland, Rusiya, Qazaxıstan və digər ölkələrin təhsilin qiymətləndirilməsi üzrə qurumlarının rəhbərləri, ekspertəri iştirak etmişlər.İlk dəfə olaraq, 2010-cu ildə Respublikanın müxtəlif bölgələrində – Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba və Ağstafa şəhərlərində Azərbaycan dili, riyaziyyat, fizika və tarix fənləri üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə seminarlar keçirilmiş və tədbirlərin gedişində internet proqramlarının tətbiqi vasitəsilə TQDK ilə canlı videobağlantılar yaradılmışdır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verildi. Dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən və 11 əsas bölmədən ibarət olan yeni sayt vasitəsilə Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqəmətləri barədə məlumatların ictimaiyyətə operativ çatdırılmasına başlanıldı.TQDK-nın Testlər bankına daxil olan test tapşırıqlarının keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə 2010-cu ilin aprel və may aylarında Respublikanın bir sıra bölgələrində Pretest imtahanları keçirilmişdir. Bu imtahanların keçirilməsi test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan vermiş və imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində, imtahan nəticələrinin təhlilində vacib rol oynamışdır. Pretest imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax , Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR-ın ümumtəhsil məktəblərinin XI siniflərinin şagirdləri arasında riyaziyyat və Azərbaycan dili fənləri üzrə aparılmışdır. Riyaziyyat fənni üzrə keçirilən imtahanda 15302, Azərbaycan dili fənni üzrə imtahanda isə 16940 şagird iştirak etmişdir.İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Milli İnternet Mükafatı – NETTY tərəfindən keçirilən müsabiqədə münsiflər heyətinin səsverməsi əsasında TQDK-nın saytı (http://www.tqdk.gov.az) “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülmüşdür. NETTY 2010-un qalibləri 17 may tarixində - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günündə təntənəli mərasimlə rəsmi elan edilmişdir.Qəbul imtahanlarına hazırlaşan gənclərin qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış edilməsi məqsədilə tələbə qəbulu prosesinin bütün tərəflərini və mərhələlərini sistemləşdirilmiş şəkildə özündə əks etdirən “Abituriyentin bələdçisi” adlı kitabın təkmilləşdirilmiş nəşri işıq üzü görmüşdü. Son 3 ildə tələbə qəbulunun modelin¬də aparılmış dəyişikliklərə uyğun olaraq kitab əsaslı surətdə yeniləşdirilmiş və təkmilləşdirilmişdir. Kitabda qəbul imtahanlarına hazırlığın başlanğıcından sənəd qəbuluna, imtahan gününə hazırlıqdan imtahana və imtahanın nəticələri elan olunan mərhələyə qədər bütün proseslərin xronoloji ardıcıllıqla izahı əksini tapmışdır.TQDK-nın mətbuat orqanı olan “Abituriyent” jurnalının internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verildi. Jurnalın buraxılışlarına geniş ictimaiyyətin dərin maraq göstərməsi nəzərə alınaraq onun həmçinin onlayn satış sistemi istifadəyə verilmişdir. Bu sistem vasitəsilə jurnalın bütün sayları və xüsusi buraxılışlarını – test kitabçaları, metodiki vəsaitlər və statistik materialları əldə etmək üçün daha bir imkan yaranmış oldu.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir.2010-cu il dekabrın 4-də Azərbaycan İnternet Forumu tərəfindən Bakı şəhərinin Ambassodor otelində Milli İnternet Mükafat¬larının – “Milli Net 2010” təqdimetmə mərasimi keçirilmişdir. (“Milli Net” – Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir). 

Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası müsabiqəyə “Video mü¬hazirə” adlı tqdk.gov.az/az/videolessons elektron xidmət sistemini təqdim etmiş, müsabiqə nəticəsində “Ən yaxşı elektron xidmət” nominasiyasında üçüncü yerə layiq görül¬müşdür.Azərbaycan Respublikası Prezidentinin «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» 10 fevral 2010-cu il tarixli 133 saylı fərmanının icrasını təmin etmək məqsədilə, 2010-cu ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə təhsili dövlət sifarişli və ödənişli əsaslarla olan yerlərə eyni zamanda tələbə qəbulu aparılmışdır. Ali təhsil müəssisələrində dövlət sifarişi əsasında adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, bu qayda üzrə təhsil almaq hüququnun ən bilikli abituriyentlərin qazanması təmin edilsin. Dövlət sifarişi əsasında yerlər ayrı-ayrılıqda hər hansı ali təhsil müəssisəsinə deyil, ümumilikdə ixtisasa, yəni bu ixtisasın mövcud olduğu bütün ali təhsil müəssisələrinə ayrılır. Bu yerlərin müsabiqəsindən keçən abituriyentlər təhsil alacaqları ali təhsil müəssisəsinin, eləcə də təhsil formasının seçimində sərbəstdirlər. Ali təhsil müəssisəsində bu ixtisas üzrə təhsili ödənişli əsaslarla olan yerlərin sayı isə həmin təhsil müəssisəsinə bu ixtisas üzrə dövlət sifarişi əsasında qəbul olunmuş abituriyentlərin sayından asılıdır.