Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
22.08.2013
Birləşmiş Millətlər Təşkilatının UNESCO Statistika İnstitutu (USİ) və Brookinqs Universal Təhsil Mərkəzinin (UTM) birgə təşəbbüsü ilə yaradılmış Tədrisdə qiymətləndirmə üzrə beynəlxalq mütəxəssislər qrupunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də təmsil olunacaqdır.

Qeyd olunan qrup dünyanın əksər ölkələrində müxtəlif yaş qrupunda olan uşaqların, həmçinin gənclərin daha yaxşı təhsil almaları üçün mövcud imkanları araşdırmaqla müasir dövr üçün tədris prosesində hədəflərin müəyyənləşdirilməsi, araşdırmaların aparılması işi ilə məşğul olacaqdır.
Mütəxəssislər qrupuna özündə BMT agentliklərindən olan nümayəndələri, milli hökumətləri, ikitərəfli donorları və qlobal regional səviyyədə siyasi nüfuzu olan vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən 3 həmsədr başçılıq edir.

Texniki işçi qruplarından və geniş beynəlxalq məşvərətçi qrupdan alınacaq tövsiyələrə əsaslanaraq mütəxəssislər qrupu uşaqlıq, ibtidai və sonrakı dövrlərdə tədris bacarıqlarını yoxlamaq və artırmaq üçün müvafiq layihələr hazırlaycaq, ölçmə üsullarını təklif edəcəklər.
Qeyd olunan qurumda işçi qrupuna 40 ölkədən olan 125 üzv seçilmişdir ki, onların arasında TQDK əməkdaşları Natiq Əliyev və Vəli Hüseynov da vardır.