Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
13.02.2013
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Nərminə Məmmədova, həmin şöbənin sektor müdiri Samirə Həsənzadə, Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Məhəbbət Əkbərli və Yoxlama-ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin böyük məsləhətçisi Rəhman Mehralıyev 2013cü il fevralın 2dən 6dək ABŞ-ın Fort-Loderdeyl şəhərində keçirilən Test Naşirlərinin Assosiasiyasının 13-cü beynəlxalq konfransında iştirak etmişlər.

“Testdə İnnovasiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın bir sıra ölkələrindən 1000-dən artıq nümayəndə iştirak etmişdir. Konfransda 100-ə yaxın məruzənin təqdimatı olmuşdur. Məruzələr əsasən dünyada testologiya sahəsində tətbiq olunan yeniliklər, qiymətləndirmə sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların təcrübələri, testlərin hazırlanma texnologiyası, test tapşırıqlarının hazırlanmasının nəzəri əsasları, ekspertizası və təhlili, test imtahanlarının idarə edilməsi, imtahan sisteminin təhlükəsizliyi, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.