AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
20.12.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin Humanitar fənlər üzrə monitorinq sektorunun müdiri Cavanşir Orucov 2012-ci il dekabrın 12-dən 15-dək Tacikistan Respublikasının Milli Test Mərkəzinin dəvəti ilə beynəlxalq məsləhətçi kimi Tacikistan Respublikasında səfərdə olmuşlar.

Səfərin əsas məqsədi Milli Test Mərkəzinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr ilə tanışlıq, işlərin daha da səmərəli təşkili üçün məsləhətlərin verilməsi, TQDK-nın bu sahədə əldə etdiyi təcrübəni qarşı tərəf ilə bölüşmək olmuşdur.Dekabrın 13-də TQDK əməkdaşları Milli Test Mərkəzinin işi, təbliğat-təşviqat kampaniyasının aparılması strategiyası ilə tanış olmuşlar.