AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
03.11.2012
30-31 oktyabr 2012-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. 
 
Konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasaının (TQDK) “Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi” şöbəsinin müdiri Afiqə Batıyeva və sektor müdiri Xədicə Əzimova iştirak etmişlər. 
 
Dərslik hazırlanması sahəsində nəzəri və tətbiqi tədqiqatların və inkişafın müzakirəsi, Qazaxıstan Respublikasında dərslik çap edən nəşriyyatların inkişaf prioritetlərinin müəyyən edilməsi, müxtəlif ölkələrin alimləri, mütəxəssisləri və nəşriyyatları ilə elmi və işgüzar əlaqələrin yaradılması konfransın əsas məqsədi olmuşdur. 
 
Konfransda Qazaxıstan Respublikasının millət vəkilləri, Astana və Almatı şəhərlərinin təhsil şöbələrinin əməkdaşları, bu ölkənin ali təhsil müəssisələrinin professor və müəllim heyəti, orta ümumtəhsil məktəblərinin müəllimləri, ekspertlər, dərslik müəllifləri, nəşriyyatların, MDB ölkələrinin dövlət təhsil müəssisələrinin (Azərbaycan, Rusiya) və xarici nəşriyyatların (Böyük Britaniya, Rumıniya və Cexiya) nümayəndələri iştirak etmişlər.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva həmin konfransda məruzə ilə çıxış etmişdir. 
 
A. Batıyevanın çıxışı konfrans iştirakçılarında xüsusi maraq doğurmuş və Qazaxıstan mətbuatında, eləcə də bu ölkənin internet portallarında geniş işıqlandırılmışdır. Beynəlxalq konfransda müzakirə olunan məsələlər üzrə iştirakçılar tərəfindən tövsiyə xarakterli yekun sənəd qəbul edilmişdir.