Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
10.10.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə oktyabrın 10-dan 13-dək İngiltərədə “Examining RISK” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir. 
 
Konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı – “Cambridge Assesment”- dir. Qeyd edək ki, bu təşkilat 150 ildən artıqdır ki, fəaliyyət göstərir və qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malikdir. 
 
Müzakirə olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, konfransda yalnız Cambridge Assessment Network (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər dəvət olunublar.
“Examining RISK” mövzusunda keçiriləcək konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının öncədən alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaqdır.
Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaqdır.