AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
25.09.2012
Sentyabrın 16-dan 21-dək Qazaxısatanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) illik 38-ci konfransı keçirilib.
”Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi” mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib.

Konfransda Azərbaycan Respublikasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndə heyəti təmsil edib.
Tədbirdə TQDK-nın şöbə müdirləri - Natiq Əliyev, Afiqə Batıyeva, Nəriminə Məmmədova, aparıcı məsləhətçi Aydın Qasımov və məsləhətçi Xanlar Xanlarzadə iştirak ediblər.

Sentyabrın 18-də keçirilən sessiyada TQDK-nın şöbə müdiri Afiqə Batıyeva “TQDK-da yoxlama-ölçmə matereallarının hazırlanmasının inkişaf dinamikası” mövzusunda çıxış edib. 

A.Batıyeva TQDK-nın 1992-2012-ci illərdəki fəaliyyətindən geniş söz açmış, test suallarının məzmununa qoyulan tələblər, hazırlanması qaydası, qiymətləndirilməsi məsələlərinə toxunub. 
 
“Magistratura səviyyəsinə qəbulda ixtisas üzrə yazı işlərinin qiymətlədirilməsi” mövzusunda çıxış edən Xanlar Xanlarzadə qiymətləndirmə meyarları və qaydaları haqqında danışıb.
Beynəlxalq konfransda digər ölkələrdən olan mütəxəssislərin testlərin hazırlanma texnologiyası, qiymətləndirmə və məsuliyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə, qiymətləndirmə sistemlərində keyfiyyətə təminat, beynəlxalq qiymətləndirmə standartlarının araşdırılması və sair mövzularında məruzələri dinlənilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.