AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Maddi–texniki təminat sektoru

Line Spacing+- AFont Size+- Çap
Maddi–texniki təminat sektoru 2011-ci ilədək TQDK-nın Maliyyə-İnzibati şöbəsinin tərkibində olub. 01.03.2011-ci il tarixindən etibarən müstəqil sektor olaraq fəaliyyətə başlayıb. Sektor birbaşa Komissiyanın sədrinə tabe olub TQDK-nın Mərkəzi Aparatının və regional bölmələrinin maddi-texniki təminat fəaliyyətinin təşkili istiqamətində tədbirlər həyata keçirir.
Maddi –texniki təminat sektoru aşağıdakı vəzifələri yerinə yetirir:
– TQDK-nın maddi-texniki bazasının yaradılması və təkmil­ləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir;
– TQDK-nı nəqliyyat vasitələri, dəftərxana ləvazimatı, mebel, kompyuter və digər avadanlıqlarla təmin edir;
– TQDK-nın şöbələrinin təchizatı məsələləri üzrə tələbatını öyrənir, müvafiq qaydada sifarişlər verir və alınmış malları struktur vahidlərinin tələbinə uyğun olaraq rəhbərliyin razılığı ilə bölüşdürür;
– təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr üzrə şərtlərin, xidmət və öhdəliklərin icraçı təşkilatlar tərəfindən yerinə yetirilməsinə nəzarət edir, yerinə yetirilmiş işləri və xidmətləri təhvil alır;
– TQDK-nın inzibati binasının cari və əsaslı təmirini, binanın elektrik enerjisi, içməli su və dayanıqlı telefon rabitəsi ilə fasiləsiz təchiz edilməsini təşkil edir;
– TQDK–nın xidməti avtomobillərdən istifadə olunmasına nəzarəti həyata keçirir, onların istismara yararlı vəziyyətdə saxlanılmasını təmin edir, istismar olunan avtomobillərin texniki baxışını və təmirini təşkil edir;
– TQDK-nın mətbəəsində bütün növ çap işlərinin icrasını təmin edir;
– TQDK-nın inzibati binasının daxili və binaətrafı sahələrinin vaxtlı-vaxtında təmizlənməsi və müvafiq orqanlarla birlikdə sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsini təmin edir;
– TQDK-nın inzibati binasında təhlükəsizlik və yanğın təhlükə­sizliyi texnikasının tələblərinə əməl olunmasına nəzarət edir;
– rəhbərliyin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı