AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Mühasibatlıq sektoru

Line Spacing+- AFont Size+- Çap
Sektor birbaşa TQDK sədrinə tabe olub, Komissiyanın mərkəzi aparatının və regional bölmələrinin maliyyə təsərrüfat fəaliyyətinin təşkili istiqamətində tədbirlər həyata keçirir.
Mühasibatlıq sektoru aşağıdakı vəzifələri yerinə yetirir:
  • TQDK-nın büdcə layihəsini hazırlayır və təsdiq olunmuş büdcənin icrasını təmin edir;
  • ayrılmış büdcə təxsisatı daxilində ştat cədvəllərini və xərclər smetasını hazırlayır;
  • ayrılan büdcə vəsaitlərinin, kreditlərin, büdcədənkənar xüsusi vəsaitlərin və digər maliyyə vəsaitlərinin təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
  • maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir və onların istifadəsinə nəzarət edir;
  • işçilərin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, o cümlədən qulluq illərinə görə əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
  • ezamiyyə xərclərinin ödənilməsini təmin edir;
  • bank və kassa əməliyyatlarının sənədlərini tərtib edir;
  • inventar, avadanlıq, dəftərxana ləvazimatları, rabitə, nəqliyyat, kommunal və digər maddi-texniki təminatla bağlı maliyyə tədbirlərini həyata keçirir, əmlakın mövcudluğu və hərəkəti üzərində nəzarəti təmin edir;
  • TQDK tərəfindən təşkil edilən seminarların, konfransların, kursların, treninqlərin və digər tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitləri barədə məlumatları tam və düzgün hazırlayır;
  • TQDK-nın fəaliyyəti ilə bağlı müvafiq maliyyə, statistik və digər hesabatları müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir, həmçinin müəssisənin təsərrüfat işi və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırır;
  • fəaliyyət istiqamətləri üzrə və TQDK rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı