AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru

Line Spacing+- AFont Size+- Çap

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən, ölkənin ümumtəh­sil müəssisələrində ümumi orta (9 illik) və tam (11 illik) orta təhsili bitirən məzunların buraxılış imtahanlarının həyata keçirilməsi və yekun qiymətləndirmənin aparılması TQDK-ya həvalə edilmiş və bu fərman əsasında Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru yaradılmışdır.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasinin Ümumtəhsil müəssisələrində təhsilalanlarin biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru Tələbə Qəbulu üzrə Dövlət Komissiyasinin mərkəzi aparatının struktur qurumu kimi birbaşa TQDK-nın sədrinə tabedir.

Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:

– “Şagird-məzun” sistemi vasitəsilə məlumatların verilənlər bazasına daxil edilməsi prosesini təşkil edir və prosesə nəzarət edir.

– Şəhər (rayon) təhsil şöbələrinin əlaqələndiriciləri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən görüləcək işlərin təqvim planı üzrə həyata keçirilməsini təşkil edir və işlərin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.

– Buraxılış imtahanında iştirak etməli olan şagird kontingentini ümumtəhsil müəssisələri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatlar əsasında müəyyən edir.

– Yekun qiymətləndirmə apararaq, ümumtəhsil müəssisələri məzunlarına elektron təhsil sənədi verir və nəticələri “Şagird-məzun” sisteminə daxil edir.

– “Şagird-məzun” sisteminin administrasiyasını həyata keçirir və zəruri hallarda sistemi aktuallaşdırır.

– Kompyuter proqram sistemləri və məlumatlar bazaları yaradır.

– Qiymətləndirmə meyarlarının müəyyən edilməsi məqsədi ilə monitorinqlər keçirir, sistemli analitik təhlillər aparır.

– Sektora daxil olan məktub və müraciətləri araşdırır və cavablandırır.

Sektor aşağıdakı vəzifələri yerinə yetirir:

· “Şagird-məzun” sistemi vasitəsilə aşağıdakı məlumatların verilənlər bazasına daxil edilməsi prosesini təşkil edir və prosesə nəzarət edir:

– Şagirdlər haqqında fərdi məlumatlar.

– Şagirdlərin buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətləri.

– Şagirdlərin buraxılış imtahanı üzrə qiymətləri.

– Şagirdlərin təhsil sənədi alınması üçün yekun qiymətləri.

– Şəhər (rayon) təhsil şöbələrinin müdirləri və əlqələndiriciləri haqqında məlumatlar.

– Ümumtəhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri haqqında məlumatlar.

– Ümumtəhsil müəssisələri haqqında məlumatlar.

– Ümumtəhsil müəssisələrindəki siniflər haqqında məlumatlar.

  • Tədris ilinin təqvim planı üzrə işlərin yerinə yetirilməsi və “Şagird-məzun” sistemindən istifadə qaydalarının izah edilməsi məqsədilə şəhər (rayon) təhsil şöbələri əlaqələndiriciləri, ümumtəhsil müəssisələri əlaqələndiriciləri və digər təhsil işçilərinin iştirakı ilə seminarlar və treninqlər keçirir.
  • Tədris ili ərzində işlərin təqvim planının tələblərinə uyğun şəkildə həyata keçirilməsi prosesinə nəzarət edir, təqvim planının dəqiq və vaxtında yerinə yetirilməsini təmin edir.
  • “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların tamlığına və düzgünlüyünə nəzarət edir, buraxılmış texniki və məntiqi səhvləri aşkar edərək əlaqələndiricilər tərəfindən düzəldilməsinə nail olur.
  • Müəyyən edilmiş tarixlərdə keçirilməli olan buraxılış imtahanlarında iştirak etməli olan şagird kontingentini ümumtəhsil müəssisələri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatlar əsasında müəyyən edir.

  • TQDK sədri tərəfindən təsdiq edilmiş normativ sənədlər əsasında yekun qiymətləndirmə apararaq, aşağıdakı ümumtəhsil müəssisələri məzunlarına elektron təhsil sənədi verir, nəticələri “Şagird-məzun” sisteminə daxil edir və elektron imza ilə imzalanmış şəkildə sistemin müvafiq təhsil müəssisələrinə aid səhifələrində yerləşdirir:

– Ümumi orta və ya tam orta təhsil səviyyəsini cari ildə başa vurmuş məzunlar.

– Ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş məzunlar.

– Ekstern yolu ilə imtahan verməli olan məzunlar.

  • Elektron təhsil sənədi əsasında ümumtəhsil müəssisələrinin məzunlarına şəhər(rayon) təhsil şöbələri tərəfindən verilən təhsil sənədi parametrlərinin (seriya, verilmə tarixi, nömrə) “Şagird-məzun” sisteminə daxil edilməsi prosesinə nəzarət edir.
  • “Şagird-məzun” sisteminin administrasiyasını həyata keçirir və zəruri hallarda sistemi aktuallaşdırır. Sistemdən yalnız TQDK tərəfindən qeydə alınmış istifadəçilərin müəyyən edilmiş hüquqlar daxilində istifadə etməsinə nəzarət edir.
  • “Şagird-məzun” sisteminin məlumatlar bazası üzrə müxtəlif analitik, statistik və digər hesabatlar hazırlayır və təqdim edir.
  • Fəaliyyət istiqamətləri üzrə işlərin yerinə yetirilməsi, analitik və statistik təhlillər aparılması məqsədilə avtomatlaşdırılmış proqram sistemləri və məlumatlar bazaları yaradır.
  • Qiymətləndirmə meyarlarının müəyyən edilməsi məqsədi ilə müxtəlif siniflərdə müxtəlif fənlər üzrə keçirilən monitorinqlərin nəticələri əsasında sistemli analitik təhlillər aparır.
  • Fəaliyyət istiqamətləri üzrə müəyyən məsələləri tənzimləyən normativ sənədlər hazırlayır və təqdim edir.
  • Sektora daxil olan məktub və müraciətləri araşdırır və cavablandırır.
  • Qiymətləndirmə meyarlarının daha da təkmilləşdirilməsi məqsədilə dünya təcrübəsini araşdırır və müvafiq təkliflər hazırlayır.
  • Fəaliyyət istiqamətləri üzrə TQDK rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir. 

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı