Vakansiyalar

Line Spacing+- AFont Size+- Çap

Bölmə: Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi

Vəzifənin adı: aparıcı məsləhətçi

İş yeri: Xaçmaz şəhəri

Əmək haqqı: 525 AZN

Vəzifə təlimatı: 
  • imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;

  • imtahana cəlb olunan şəxslərlə işin aparılması (onların seçilməsi, anketləşdirilməsi, təlimlərin təşkili və keçirilməsi), imtahanın keçiril­məsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, zənginləşdirilməsi və istifadəsinin həyata keçirilməsi;

  • yerli pedaqoji heyətlə işin aparılması (Mərkəz tərəfindən dərc edilən materialların müzakirələrinin, seminarların və s. tədbirlərin keçirilməsi);

  • Regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi.

Təhsil: ali

Dil bilikləri: ingilis dili (orta səviyyədə), rus dili (yüksək səviyyədə)

Kompüter bacarıqları: MS Windows, MS Office, İnternet  (yüksək səviyyədə)

İş təcrübəsi:  tələb olunmur

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət (CV) formasını   a.quliyeva@dim.gov.az  ünvanına 5 iyun 2017-ci il tarixədək  göndərə bilərlər.

Qeyd: Müsahibəyə dəvət olunacaq namizədlər üçün müsahibənin proqramı

 

MÜSAHİBƏ PROQRAMI

  1. Mərkəzin yaradılması və məqsədləri;

  2. Mərkəzin əsas fəaliyyət istiqamətləri;

  3. Mərkəzin vəzifələri;

  4. Mərkəzin işinin təşkili;

  5. Mərkəzin reallaşdırdığı əsas layihələr;

  6. Təhsilin inkişafında Mərkəzin rolu;

  7. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları;

  8. Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə  qəbulu  Qaydaları;

  9. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları.

 Ədəbiyyat siyahısı:

  1.  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı;

  2.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”;

  3. “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarı;

  4. “Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə  qəbulu  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında
  5. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 38 nömrəli Qərarı;

  6. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 39 nömrəli Qərarı;
  7.  www.dim.gov.az