AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə TQDK-ya öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Buraxılış imtahanları

  • VIII sinifdən məktəbdən çıxmışam. Birbaşa eksternat yolu ilə buraxılış imtahanı verib 11 illik attestat ala bilərəm?
  • IX sinif üzrə buraxılış imtahanında inşa olacaq?
  • Monitorinq imtahanlarının nəticələrinin attestat qiymətlərinə təsiri olurmu?
  • Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?
  • Buraxılış imtahanından “2” alan XI sinif şagirdlərinə attestat verilirmi və onlar ali təhsil almaq üçün imtahanda iştirak edə bilirlərmi?
  • XI sinif üzrə buraxılış imtahanı hansı fənlərdən keçirilir?
  • Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?
  • IX sinif üzrə buraxılış imtahanı hansı fənlərdən keçirilir ?

  • VIII sinifdən məktəbdən çıxmışam. Birbaşa eksternat yolu ilə buraxılış imtahanı verib 11 illik attestat ala bilərəm?
    -Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.

    IX sinif üzrə buraxılış imtahanında inşa olacaq?
    - IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsində şagirdlər, təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haq¬qında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.

    Monitorinq imtahanlarının nəticələrinin attestat qiymətlərinə təsiri olurmu?
    -Hələ ki, monitorinq imtahanlarının nəticələrinin buraxılış imtahanlarının nəticəsinə və attestat qiymətinə heç bir təsiri olmayacaq.

    Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?
    -Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.

    Buraxılış imtahanından “2” alan XI sinif şagirdlərinə attestat verilirmi və onlar ali təhsil almaq üçün imtahanda iştirak edə bilirlərmi?
    -Bəli, buraxılış imtahanından “2” alan XI sinif şagirdlərinə də attestat verilir və onlar ali təhsil almaq üçün I-IV qruplar üzrə qəbul imtahanında iştirak edə bilirlər.

    XI sinif üzrə buraxılış imtahanı hansı fənlərdən keçirilir?
    -XI sinif üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəs¬sisə¬lərində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər.

    Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?
    - Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.

    IX sinif üzrə buraxılış imtahanı hansı fənlərdən keçirilir ?
    -IX sinif üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim edilir. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan IX sinif şagirdləri buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim edilir.