Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinə sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə DİM-ə öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Ali təhsil müəssisələrinə qəbul

  • Mən orta məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda göstərilən xarici dil fənni üzrə imtahan verməliyəm?
  • Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydaları necədir?
  • Bu il qəbul imtahanında neçə fənn üzrə açıq tipli test tapşırığından istifadə olunacaq?
  • SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?
  • May ayında ali məktəblərə qəbul imtahanında iştirak edən və topladığı balı müsabiqə şərtini ödəməyən əvvəlki illərin məzunlarına iyulda cari ilin məzunları ilə birgə təkrar imtahanda iştirak etmək şansı veriləcəkmi?
  • May və iyul aylarında keçiriləcək qəbul imtahanlarında test tapşırıqlarının çətinlik dərəcəsi eyni olacaqmı?
  • İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir?
  • Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm?
  • Mənim oğlum ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. Bu ilin iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, builki qəbul imtahanlarında iştirak edə bilərmi?
  • Mən bu il II ixtisas qrupu üzrə imtahan verəcəm. Xarici dil kimi rus dilini seçə bilərəmmi?
  • Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəmmi?
  • Məlumdur ki, ali məktəblərin I-IV ixtisas qrupları üzrə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tə
  • Mən Polis Akademiyasına sənədlərimi vermişəm. Bu ali təhsil müəssisəsindən başqa digər bir ixtisası seçə bilərəmmi?
  • Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?
  • Keçid balı ilə müsabiqə şərti anlayışları arasında fərq varmı?
  • Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O, hal-hazırda Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır. Oğlumun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifa
  • Mən orta məktəbdə əla qiymətlərlə oxuyuram. Bilmək istəyirəm ki, ali təhsil müəssisəsinə müsabiqə zamanı bu göstəricim nəzərə alınacaqmı?
  • Mən keçən il kollec bitirmişəm. Bu il isə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak etmək istəyirəm. Bunun üçün hansı sənədləri təqdim etməliyəm?
  • Orta məktəbin rus bölməsini bitirirəm. Amma ali məktəbə qəbul zamanı ərizəmdə Azərbaycan bölməsinin ixtisas kodlarını göstərmək istəyirəm. Bu mümkündürmü?
  • Rus bölməsində təhsil alıram, qəbul imtahanını da rus dilində vermək istəyirəm. Bildiyimə görə bu bölmədə təhsil alanlar Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Bu imtahan barədə ətraflı məlumat almaq istərdim.
  • Mən I ixtisas qrupu üzrə imtahana hazırlaşıram. Milli Aviasiya Akademiyasına daxil olmaq istəyirəm. Oxuduğum məktəbdə bizə xarici dil kimi fransız dili tədris olunur. Qəbulda xarici dil kimi fransız dilindən imtahan verə bilərəmmi?
  • Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və orta məktəbi Dağıstanda bitirmişəm. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm
  • Kimya fənni üzrə keçirilmiş respublika olimpiadasında birinci yeri tutmuşam. Qəbul imtahanında iştirak etmədən ali məktəbə qəbul ola bilərəmmi?
  • Cüdo üzrə beynəlxalq yarışın qalibiyəm. Ali məktəbə müsabiqədənkənar qəbul oluna bilərəmmi?
  • Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?
  • Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tətbiq edilir?

  • Mən orta məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda göstərilən xarici dil fənni üzrə imtahan verməliyəm?
    Ali məktəblərin I, II və III ixtisas qrupları üzrə sənəd verən abituriyentlər orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq qəbul elanında göstərilən bu və ya digər xarici dildən imtahan verə bilər. Bir şərtlə ki, abituriyent ərizə formasını doldurarkən orada imtahan vermək istədiyi xarici dili qeyd etmiş olsun.
    Ali məktəblərin V ixtisas qrupu üzrə sənəd verən abituriyentlər:
    - orta məktəbi cari ildə bitirdikləri təqdirdə - müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etdiklərinə görə orta məktəbdə hansı xarici dil tədris olunursa həmin dil üzrə də buraxılış (qəbul) imtahanı verirlər;
    - orta məktəbi əvvəlki illərdə bitirdikləri təqdirdə - orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq qəbul elanında göstərilən bu və ya digər xarici dildən imtahan verə bilər. Bir şərtlə ki, abituriyent ərizə formasını doldurarkən orada imtahan vermək istədiyi xarici dili qeyd etmiş olsun.


    Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydaları necədir?
    Bildiyiniz kimi, 2015-ci ildə ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır. Yeni yaradılmış V ixtisas qrupuna əvvəlki illərdə III və IV ixtisas qruplarına daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar, eləcə də əvvəlki illərdə I qrupa daxil olan “Dizayn” ixtisası daxil edilmişdir.
    Tam orta (11-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər V ixtisas qrupu üzrə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
    Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyirlərsə, o zaman buraxılış imtahanı keçirilən qaydada nda olduğu kimi üç fənn üzrə qəbul imtahanı verməli və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrə əsasən iştirak etməlidirlər.


    Bu il qəbul imtahanında neçə fənn üzrə açıq tipli test tapşırığından istifadə olunacaq?
    Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında çoxseçimli (qapalı) tipli tapşırıqlarla bərabər, açıq tipli test tapşırıqlarından da istifadə edilir. Qəbul imtahanlarında hər ixtisas qrupunda 3 fəndən hər birində 4 açıq tipli test tapşırığından istifadə olunması nəzərdə tutulur. Belə tapşırıqlar I qrupda riyaziyyat, fizika, kimya; II qrupda riyaziyyat, coğrafiya, ana dili; III qrupda riyaziyyat, tarix, ana dili; IV qrupda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə təqdim olunur.

    SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?
    SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün aşağıdakılar tələb olunur:

    1) sənəd qəbulu müddətində (aprel ayının 1-dən 28-ə qədər) “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT balı haqqında məlumatı* iyun ayının 15-ə qədər TQDK-ya təqdim etmək.
    2) növbəti mərhələdə (iyun ayı ərzində) ADA universiteti tərəfindən keçirilən müsahibədə iştirak etmək (müsahibənin dəqiq vaxtı abituriyentlərə universitet tərəfindən bildirilir.)
    3) Azərbaycanda ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcədə ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar. Bunun üçün onlar rus bölməsinin abituriyentləri kimi mart ayında tqdk.gov.az saytında qeydiyyatdan keçməli və aprel ayında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən rus bölməsini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə imtahanın tarixləri TQDK-nın saytında yerləşdirilmişdir.

    * SAT imtahanının nəticəsini TQDK-ya təqdim etmək üçün abituriyentlərə iki seçim təqdim olunur:
    - Abituriyent “College Board”-un internet səhifəsindəki şəxsi hesabına daxil olub, “Send your scores” funksiyası vasitəsilə, Azərbaycanı ölkə olaraq seçməli və axtarışı davam etməlidir (SAT balını qəbul etmə sistemində TQDK-nın kodu 7876 -dir). Axtarış nəticəsində “State Students Admission Commission” seçimi təklif olunacaq. Seçimi təsdiqləyib, SAT balının göndərilməsi üçün ödənişi (11.25 ABŞ dolları) həyata keçirdikdən sonra, TQDK-ya göndərilmiş rəsmi SAT balını 1-2 həftə ərzində elektron qaydada əldə edəcəkdir.
    - TQDK-nın inzibati binasına yaxınlaşıb “College Board”-un internet səhifəsindəki şəxsi hesabın login və parolu ilə SAT nəticəsini əyani şəkildə TQDK-nın məsul nümayiş etməlidir.

    May ayında ali məktəblərə qəbul imtahanında iştirak edən və topladığı balı müsabiqə şərtini ödəməyən əvvəlki illərin məzunlarına iyulda cari ilin məzunları ilə birgə təkrar imtahanda iştirak etmək şansı veriləcəkmi?
    Xeyr, hər bir abituriyent müvafiq tədris ili üçün keçirilən qəbul imtahanında bir dəfə iştirak edə bilər.

    May və iyul aylarında keçiriləcək qəbul imtahanlarında test tapşırıqlarının çətinlik dərəcəsi eyni olacaqmı?
    Təbii ki, hər iki imtahan üçün test tapşırıqları vahid texniki tapşırıq əsasında hazırlanacaq və onların çətinlik dərəcəsi eyni olacaq.

    İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir?
    İkinci ali təhsil almaq istəyən abituriyent ümumi qaydalarla TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak etməlidir. Belə abituriyent Sənəd Qəbulu Komissiyasına digər abituriyentlərdən fərqli olaraq tam orta təhsil haqqında sənədi deyil, ali təhsil haqqında sənədi (əslini), əvvəlki ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı və attestat qiymətləri haqqında arayışı təqdim etməlidir. Qəbul qaydalarına əsasən, dövlət hesabına ali təhsil almış abituriyentlər yenidən dövlət sifarişi əsasında ali təhsil ala bilməzlər.


    Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm?
    Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, Dövlət Sərhəd Xidməti Akademiyasına, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Bu barədə daha ətraflı məlumatı həmin tədris müəssisələrindən də ala bilərsiniz. Polis Akademiyasına qəbulla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 1-ci sayımda dərc olunur.

    Mənim oğlum ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. Bu ilin iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, builki qəbul imtahanlarında iştirak edə bilərmi?
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatınsa əsasən, iyul ayının 30-dək 18 yaşı tamam olmuş gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Xidmətin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.

    Mən bu il II ixtisas qrupu üzrə imtahan verəcəm. Xarici dil kimi rus dilini seçə bilərəmmi?
    Bəli, ali təhsil müəssisələrinə I, II və III ixtisas qrupları üzrə Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi rus dilini seçə bilərlər.

    Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəmmi?
    Bəli, sizin ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq hüququnuz var. Siz yenidən dövlət hesabına orta ixtisas təhsili ala bilməzsiniz.

    Məlumdur ki, ali məktəblərin I-IV ixtisas qrupları üzrə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tə
    Xeyr, açıq tipli test tapşırıqları üzrə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.

    Mən Polis Akademiyasına sənədlərimi vermişəm. Bu ali təhsil müəssisəsindən başqa digər bir ixtisası seçə bilərəmmi?
    Xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyentlər (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi komissiyadan uğurla keçdiyi təqdirdə) ixtisas seçimi zamanı bu ali təhsil müəsisəsinin ixtisası ilə yanaşı mülki ali təhsil müəssisələrinin ixtisaslarını da seçə bilərlər. Bu zaman yadda saxlamaq lazımdır ki, hər hansı xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyent ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent mülki ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmır.

    Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?
    Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
    Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.

    Keçid balı ilə müsabiqə şərti anlayışları arasında fərq varmı?
    Əlbəttə, var, bunlar fərqli anlayışlardır. Qəbul qaydalarına əsasən, hər hansı bir ixtisas qrupu üzrə, bəzi hallarda isə bu və ya digər ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin imtahan nəticələri TQDK tərəfindən müəyyən edilmiş tələblərə, yəni müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 210 bal toplayıb. Lakin onun riyaziyyat və fizika fənlərinin hər hansı birindən nisbi balı 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq.
    Bu və ya digər ixtisasa keçid balı isə yalnız müsabiqə nəticəsində formalaşır. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 60 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 250 nəfər göstərib. Bu zaman həmin 250 nəfərdən ən yüksək bal toplayan 60 abituriyent bu ixtisasa qəbul edilir və 60-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış minimal keçid balı olur.

    Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O, hal-hazırda Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır. Oğlumun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifa
    Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-Məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.

    Mən orta məktəbdə əla qiymətlərlə oxuyuram. Bilmək istəyirəm ki, ali təhsil müəssisəsinə müsabiqə zamanı bu göstəricim nəzərə alınacaqmı?
    Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə bir neçə əlavə göstəricilərdən istifadə edilir. Təhsil haqqında sənədə (attestata) "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası müsabiqə zamanı ilk növbədə nəzərə alınan əlavə göstəricilərdən biridir.


    Mən keçən il kollec bitirmişəm. Bu il isə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak etmək istəyirəm. Bunun üçün hansı sənədləri təqdim etməliyəm?
    Siz orta ixtisas təhsiliniz haqqında sənədin əslini; şəxsiyyətinizi təsdiq edən sənədin əslini; təhsil aldığınız müəssisə tərəfindən verilən və orta ixtisas təhsilinizin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı; attestatın əslini və ya məzunu olduğunuz təhsil müəssisəsi tərəfindən verilən və attestat qiymətləri göstərilən arayışı müvafiq SQK-ya təqdim etməlisiniz.

    Orta məktəbin rus bölməsini bitirirəm. Amma ali məktəbə qəbul zamanı ərizəmdə Azərbaycan bölməsinin ixtisas kodlarını göstərmək istəyirəm. Bu mümkündürmü?
    Ali məktəblərin I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlər orta məktəbdə hansı dildə təhsil almasından asılı olmayaraq ali məktəbə sənəd verərkən istədiyi bölməni (imtahan verəcəyi dili) - Azərbaycan və ya rus, seçə bilər. Bu zaman onlar seçdiyi bölmədə qəbul imtahanlarında iştirak etməli və ixtisas seçimi ərizəsində həmin bölməyə aid olan ixtisasların kodlarını qeyd etməlidirlər.
    Ali məktəblərin V ixtisas qrupu üzrə sənəd verən abituriyentlər:

    - cari ilin məzunları - müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etdiklərinə görə orta məktəbi hansı bölmə üzrə bitirirlərsə həmin bölmə üzrə də buraxılış imtahanı verir və həmin bölmə (Azərbaycan və ya rus) üzrə də ali məktəblərin ixtisas seçimində iştirak edirlər;
    - orta məktəbin əvvəlki illərin məzunları - orta məktəbdə hansı dildə təhsil almasından asılı olmayaraq ali məktəbə sənəd verərkən istədiyi bölməni (imtahan verəcəyi dili) - Azərbaycan və ya rus, seçə bilər. Bu zaman onlar seçdiyi bölmədə qəbul imtahanlarında iştirak etməli və ixtisas seçimi ərizəsində həmin bölməyə aid olan ixtisasların kodlarını qeyd etməlidirlər;
    - cari ilin məzunları - təlim ingilis və ya gürcü dilində olan orta məktəblərin məzunları- onlar buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənləri üzrə verdiklərinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat (11-ci siniflər – riyaziyyat və xarici dil) fənni ilə yanaşı ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verirlər.


    Rus bölməsində təhsil alıram, qəbul imtahanını da rus dilində vermək istəyirəm. Bildiyimə görə bu bölmədə təhsil alanlar Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Bu imtahan barədə ətraflı məlumat almaq istərdim.
    Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal TQDK-nın müəyyən etdiyi müsabiqə şərtini ödəməlidir. Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə keçirilir. Birinci imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

    Mən I ixtisas qrupu üzrə imtahana hazırlaşıram. Milli Aviasiya Akademiyasına daxil olmaq istəyirəm. Oxuduğum məktəbdə bizə xarici dil kimi fransız dili tədris olunur. Qəbulda xarici dil kimi fransız dilindən imtahan verə bilərəmmi?
    Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər qəbul imtahanında xarici dil kimi yalnız ingilis dili fənnindən imtahan verməlidirlər.

    Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və orta məktəbi Dağıstanda bitirmişəm. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm
    Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) TQDK-da və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

    Kimya fənni üzrə keçirilmiş respublika olimpiadasında birinci yeri tutmuşam. Qəbul imtahanında iştirak etmədən ali məktəbə qəbul ola bilərəmmi?
    “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunurlar. Qanunun həmin maddəsinə əsasən, bu güzəşt respublika olimpiadalarının qaliblərinə şamil olunmur.


    Cüdo üzrə beynəlxalq yarışın qalibiyəm. Ali məktəbə müsabiqədənkənar qəbul oluna bilərəmmi?
    “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qeyd olunmalıdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə isə beynəlxalq yarışların siyahısı Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Belə ki, sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.
    Bununla bağlı yuxarıda göstərilən kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri müəyyən edilmiş müddətdə TQDK-ya və ya onun regional bölmələrinə təqdim etməlidirlər:
    1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini;
    2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini.

    Sualınıza konkret cavab olaraq bildiririk ki, cüdo olimpiya idman növü olduğundan, cüdo üzrə Olimpiya oyunları və Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə ali təhsil müəssisəsinə müsabiqədənkənar (test və qabiliyyət imtahanlarından azad olunmaqla) qəbul olmaq hüququna malikdirlər. 

    Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?
    İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.

    Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tətbiq edilir?
    Xeyr, açıq tipli test tapşırıqları üzrə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.