AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə TQDK-ya öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Sınaq imtahanları

  • Mən sınaq imtahanına yazılmaq üçün balansıma 3 manat yüklədim. Lakin imtahan yerləri göstərilən səhifəyə daxil olduqda gördüm ki, mənim evimə yaxın olan məktəblərdə yer qalmayıb. Balansımdakı məbləği növbəti sınağa (2 həftədən sonra) yazılmaq üçün istifa
  • Mənim 16 yaşım tamam olmayıb. Şəxsiyyət vəsiqəsi olmadan sınaq imtahanında iştirak edə bilərəmmi?
  • Sınaq imtahanına yazılış necə aparılır və hansı sənədlər tələb olunur?

  • Mən sınaq imtahanına yazılmaq üçün balansıma 3 manat yüklədim. Lakin imtahan yerləri göstərilən səhifəyə daxil olduqda gördüm ki, mənim evimə yaxın olan məktəblərdə yer qalmayıb. Balansımdakı məbləği növbəti sınağa (2 həftədən sonra) yazılmaq üçün istifa
    Bəli, əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmamışdırsa, o, balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanlarının birinə yazıla bilər. Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir.

    Mənim 16 yaşım tamam olmayıb. Şəxsiyyət vəsiqəsi olmadan sınaq imtahanında iştirak edə bilərəmmi?
    Sınaq imtahanına yazılış yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Müvafiq qanunvericiliyə əsasən bütün vətəndaşlar şəxsiyyət vəsiqəsi (16 yaşı tamam olmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi) ala bilərlər .

    Sınaq imtahanına yazılış necə aparılır və hansı sənədlər tələb olunur?
     Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin cümə axşamı günü səhər saat 10:00-da başa çatır.
    -İmtahana yazılmaq üçün SƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ) VƏSİQƏSİ və 2013-cü ilin ÖDƏMƏ KARTI tələb olunur.
    -Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.
    -Xarici dövlətlərin vətəndaşı olan qaçqın və sığınacaq axtaran şəxslər "Himayə sənədi" təqdim etməklə sınaq imtahanlarına TQDK-da və TQDK-nın regional bölmələrində yazıla bilərlər.

    Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.