Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinə sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə DİM-ə öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Ümumi suallar

  • Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O,Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır.Onun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifadə oluna bilərmi?
  • Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?
  • Əgər elektron ərizəni doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alsam, bu, mənim imtahanda iştirakıma hər hansı maneə yarada bilərmi?
  • Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi?

  • Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O,Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır.Onun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifadə oluna bilərmi?
    Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-Məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.

    Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?
    İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.

    Əgər elektron ərizəni doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alsam, bu, mənim imtahanda iştirakıma hər hansı maneə yarada bilərmi?
    Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz Şəxsi kabinetinə daxil olub "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidirlər.

    Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi?
    Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq müsabiqə əsasında aparılır. Qəbul qaydalarına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda heç bir imtiyaz nəzərdə tutulmur. Odur ki, Sizin döyüş bölgəsində hərbi xidmət keçməyiniz ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul üçün əsas ola bilməz. Siz ümumi qaydada qəbul imtahanı verib müsabiqədə iştirak etməlisiniz.