Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinə sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə DİM-ə öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Ümumi orta (9-illik) və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul

  • Orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?
  • 9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi edəcəm. Adətən seçim edən zaman ötən ilki ballara istinad edirlər. Keçən ilin balları olan kitabça nəşr olunacaqmı?
  • Bu il peşə liseyini bitirəcəyəm və buraxılış imtahanında iştirak edəcəyəm. Peşə liseyini bitirənlər 11 illik bazada kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlər?
  • Tam orta məktəbin 9-cu sinfini əvvəlki illərdə bitirən məzunlar üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçiriləcək?
  • Orta məktəbin rus bölməsini bitirirəm. Amma kollecə qəbul zamanı ərizəmdə Azərbaycan bölməsinin ixtisas kodlarını göstərmək istəyirəm. Bu mümkündürmü?
  • Mən orta məktəbin 11-ci sinfini keçən il bitirmişəm, məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Kolleclərə qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda
  • Mövcud qaydalara əsasən tam orta təhsil (11-illik) bazasında kolleclərə qəbul buraxılış imtahanının nəticəsi əsasında aparılır. Bəs əvvəlki illərin məzunları əvvəlki qaydada ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edib topladıqları bala əsasən
  • Orta məktəbin 9-cu və ya 11-ci sinfini əvvəlki illərdə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?
  • 9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı şəhadətnamədəki qiymətlər necə nəzərə alınır?

  • Orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?
    Ümumi orta (9-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
    Tam orta (11-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər də kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
    Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. Ərizə qəbulunun vaxtı haqqında məlumat saytda yerləşdirilmişdir (bax. “İmtahanların və tədbirlərin tarixləri”).


    9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi edəcəm. Adətən seçim edən zaman ötən ilki ballara istinad edirlər. Keçən ilin balları olan kitabça nəşr olunacaqmı?
    9 illik bazada kolleclərə qəbul (buraxılış) imtahanının keçirilməsi və balların hesablanma qaydası keçən ilkindən fərqlidir. Keçən il imtahan bir mərhələdə keçirilmişdi və toplanılan biləcək maksimum bal 60 idi. Bu il isə imtahan iki mərhələdə keçirilib və toplanıla biləcək maksimal bal 200-dür. Bal sistemi fərqli olduğuna görə ixtisas seçimi edən zaman keçənilki keçid ballarına istinad etmək düzgün deyil. Ona görə də abituriyentlər arasında çaşqınlıq yaratmaması üçün keçən il formalaşmış keçid balları dərc olunmayacaq.

    Bu il peşə liseyini bitirəcəyəm və buraxılış imtahanında iştirak edəcəyəm. Peşə liseyini bitirənlər 11 illik bazada kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlər?
    Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada - buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

    Tam orta məktəbin 9-cu sinfini əvvəlki illərdə bitirən məzunlar üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçiriləcək?
    Ümumi orta (9-illik) təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün yeni qaydada - Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən iki mərhələdə qəbul imtahanı verməlidirlər.

    Orta məktəbin rus bölməsini bitirirəm. Amma kollecə qəbul zamanı ərizəmdə Azərbaycan bölməsinin ixtisas kodlarını göstərmək istəyirəm. Bu mümkündürmü?
    Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən abituriyentlər:
    - orta məktəbi cari ildə bitirdikləri təqdirdə müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etdiklərinə görə orta məktəbi hansı bölmə üzrə bitirirlərsə həmin bölmə üzrə də buraxılış imtahanı verir və həmin bölmə (Azərbaycan və ya rus) üzrə də kolleclərin ixtisas seçimində iştirak edirlər;
    - orta məktəbi əvvəlki illərdə bitirdikləri təqdirdə - orta məktəbdə hansı dildə təhsil almasından asılı olmayaraq kolleclərə sənəd verərkən istədiyi bölməni (imtahan verəcəyi dili) - Azərbaycan və ya rus, seçə bilər. Bu zaman onlar seçdiyi bölmədə qəbul imtahanlarında iştirak etməli və ixtisas seçimi ərizəsində həmin bölməyə aid olan ixtisasların kodlarını qeyd etməlidirlər;
    - cari ilin məzunları - təlim ingilis və ya gürcü dilində olan məktəblərin məzunları - orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat (11-ci siniflər – riyaziyyat və xarici dil) fənni ilə yanaşı ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verirlər.


    Mən orta məktəbin 11-ci sinfini keçən il bitirmişəm, məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Kolleclərə qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda
    göstərilən xarici dil fənni üzrə imtahan verməliyəm?

    Orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) 11-illik təhsil bazasında sənəd verən abituriyentlər:
    - Orta məktəblərin cari il məzunları - müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etdiklərinə görə orta məktəbdə hansı xarici dil tədris olunursa həmin dil üzrə də buraxılış (qəbul) imtahanı verirlər;
    - Orta məktəbləri əvvəlki illərdə bitirən məzunlar - orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq qəbul elanında göstərilən bu və ya digər xarici dildən imtahan verə bilər. Bir şərtlə ki, abituriyent ərizə formasını doldurarkən orada imtahan vermək istədiyi xarici dili qeyd etmiş olsun.


    Mövcud qaydalara əsasən tam orta təhsil (11-illik) bazasında kolleclərə qəbul buraxılış imtahanının nəticəsi əsasında aparılır. Bəs əvvəlki illərin məzunları əvvəlki qaydada ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edib topladıqları bala əsasən
    kolleclərin müsabiqəsində iştirak edə bilərlərmi?
    Xeyr. Tam orta (11-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları buraxılış imtahanına uyğun qaydada ayrıca qəbul imtahanı verməli və müsabiqədə bu imtahanın nəticələri əsasında iştirak etməlidirlər.

    Orta məktəbin 9-cu və ya 11-ci sinfini əvvəlki illərdə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?
    Ümumi orta (9-illik) təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
    Tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.


    9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı şəhadətnamədəki qiymətlər necə nəzərə alınır?
    Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
    Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir.
    - şəhadətnaməyə "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
    - qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.