AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Bakalavriat səviyyəsinə qəbul

Line Spacing+- AFont Size+- Çap

 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu haqqında elan

1. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu “Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­si­sə­lə­ri­nə tələbə qəbulu qaydaları”na (bax: “Abituriyent” jurnalının 2016-cı il 1-ci nömrəsi, səh. 4) uyğun olaraq internet vasitəsilə aparılır.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.

2. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər:

2.1. TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrəeservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təh­silimüəssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndərməklə əldə etmək olar.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək aparılır.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu  mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Buabituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılır;

2.2. “Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq edilməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən proqram tərəfindən ekranda əks olunur):

2.2.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 2.1-ci bənddə göstərilən müddətlərdə özləri təsdiq edirlər :

  • Azərbaycan Respublikasının ümumi təhsil  müəssisələrini cari ildə bitirən abituriyentlər;

  • Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər;

  • Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər;

  • 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

-   I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər.

2.2.2. Digər abituriyentlər tələb olunan sənədləri (bax: 4-cü bənd) təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

-  Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

Bakı Dövlət Universiteti (Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);

Qafqaz Universiteti (Sumqayıt şossesi 16-cı km);

Bakı Biznes Universiteti (Bakı ş., H.Zərdabi küçəsi,88a);

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş., Atatürk prospekti, 262);

Gəncə Dövlət Universiteti (Gəncə ş., H.Əliyev prospekti, 187);

Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., Ş.İ.Xətai prospekti, 103);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

Mingəçevir Dövlət Universiteti (Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şəki filialı (Şəki ş., M.Rəsulzadə prospekti, 305);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı (Qazax ş., H.Əliyev prospekti, 150);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı (Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı (Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Quba ş., Fətəlixan küçəsi, 4);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (Şamaxı  ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi, 1);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı (Zaqatala ş., Q.Kərimov küçəsi, 4).

-  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

TQDK Bakı ş., M.Müşfiq küç., 1m);

TQDK-nın Naxçıvan MR  Regional Bölməsi  (Naxçıvan ş., Nizami küçəsi, 10);

TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

TQDK-nın Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialında

(Qazax ş., H.Əliyev prospekti, 150) yara­dıl­mış SQK-da təsdiq etdirə bilərlər.

3. Birinci qrup əlil abituriyentlər üçün imtahan zamanı zəruri şərait yaradılır. Bu abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasına daxil olduqda formada əlillikləri barədə məlumatın olub- olmamasını müəyyən etməlidirlər. Formada əlillik barədə məlumatın olmadığı və ya olan məlumatın qeyri-dəqiq olduğu halda abituriyentlər TQDK-ya və ya onun regional bölmələrinə müraciət etməlidirlər.

Birinci qrup əlil abituriyentlər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşıəlilliyi təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.

4. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK‑ya aşağıdakı sənədləri şəx­sən təqdim etməlidirlər:

-    tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi:

a) əvvəlki illərin məzunları sənədin əslini;

b) ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 2)*;

-    şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını (vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

- hərbi bilet və ya çağı­rışçı şəhadətnaməsini.

Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, SQK-ya aşağıdakıları da təqdim etməlidirlər:

  • təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 3)*;

  • attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada  attestat qiymətləri göstərilən arayışı

Xarici ölkədə təhsil almış şəxslər yuxarıda qeyd olu­nan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edil­miş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

5. 1981-1998-ci il təvəllüdlü (1998-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin ça­ğırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiy­yat onların daimi yaşayış yerlərinin hərbi ko­mis­sarlıqları tərəfindən aparılır.

6. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müd­dət­də və qay­dada elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tə­ləb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ix­tisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qey­diy­yatdan keçmiş abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imta­hanında iştirak edirlər və bu imtahanda top­la­dıq­ları balları müvafiq müsabiqə şərtlərini ödə­yənlər qabi­liyyət imtahan­larına buraxılırlar.

Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərt­ləri”ndə (bax: səh. 13-17, 21-24) və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə (bax: səh. 18-20, 25) verilmişdir.

7. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri 2-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrinin təsdiqini təmin etdikdən sonraeservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiy­yatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

8. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrinin təsdiqini təmin etməklə yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyən etdikləri xüsusi prosedur­lardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları, “Abituriyent” jurna­lının 2016-cı il 1-ci nömrəsi, səh. 206-217).

9. Dövlət Gömrük Komitəsinin Akademiya­sında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış oğlan abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühən­disliyi” ixtisasına isə 23 ya­şına çatmamış həm oğlan, həm də qız abi­turiyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra 4 aprel-13 may tarixlərində Milli Aviasiya Akademiyasında xü­su­si tibbi mü­ayinə­­dən keçməlidirlər. Bu ixtisaslarda təhsil almaq istəyən abituriyentlər xüsusi tibbi müayinədən əlavə 11 aprel-13 may tarixlərində “Psixofizioloji peşə seçimi” və 23, 30 aprel, 6, 13 may tarixlərində “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçmə­lidirlər.

10. “ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə 1500-dən, yeni (redesigned) SAT imtahanı üzrə isə 1000-dən yuxarı bal toplayan abituriyentlər də buraxılacaqlar. Həmin abituriyentlər 2-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. SAT imtahanının nəticə­ləri haqqında sənəd mayın 31-dək TQDK-ya təqdim olunmalıdır.

11. Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniz  naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə yalnız oğlan abituriyentlər təhsil ala bilərlər.

12. Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə 15.09.2016-cı il tarixinədək 
16 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları olan oğlanlar təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müddətdə və  qay­da­da elektron əri­zə­lərinin təsdiqini təmin etdikdən sonra aprelin 1-dən mayın 10-na qədər Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, bundan sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

13. Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında ən azı 100 bal topladıqları halda, 25-29 iyul və yaxud 15-17 avqust tarixlərindəbu təhsil müəs­sisəsində dini-psixoloji komissiyadan keçmə­lidirlər.

14. Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:

İxtisasların adları

Xarici dillər

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi)

Filologiya (Azərbaycan dili və ədəbiy­yatı)

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Almaniya üzrə)

Filologiya (alman dili və ədəbiy­yatı)

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Fransa üzrə)

Filologiya (fransız dili və ədəbiyyatı)

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis dili

Tərcümə (alman dili)

alman dili

Tərcümə (fransız dili)

fransız dili

digər ixtisaslar

ingilis dili

Xəzər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” və “Tərcümə (ingilis dili)” ixtisasları üzrə təhsil almaq istəyən abituriyent­lər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

15. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində      keçirilir.

Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı əvvəlki illərin məzunları üçün iyul ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər, müsabiqədə  buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

16. Rus bölməsinə sənəd verən abituriyentlər, eləcə də "ADA" Universitetinin ixtisaslarına SAT imtahanının nəticələrinə əsasən qəbul olmaq istəyən abituri­yentlər“Azərbaycan Res­publi­kasında Dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituri­yentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azər­baycan dili” fənnindən test imtahanı iki dəfə – 2016-cı il mayın 1-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 12-də isə yalnız Bakı və 
Nax­çı­van şəhərlərində keçirilir. İmtahanlarda martın 1-dən 31-dək internet vasitəsilə (eservices.tqdk.gov.az/erizebak/azdili) "Azər­baycan dili fənnindən test imtahanı"na qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər. İlk imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər təkrar imtahanda iştirak edirlər.

“Azər­baycan dili” fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

17. İmtahanlarda iştirak etmək üçün abitu­riyentlər müəyyən olunmuş tarixlərdə iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə hər bir imtahan üçün ayrıca “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Abi­tu­ri­yent­ imtahana gələrkən mütləq aşağı­dakı sənədləri özü ilə gətirməlidir:

- imtahana buraxılış vərəqə­sini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını (vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

18. I-IV ixtisas qrupları üzrə imtahanda abituri­yentlərə ixtisas qrupları üzrə hər bir fəndən 25 test tapşırığı təqdim olunur. İmtahan fənlərinin siyahısı və balların hesablanma qaydası 8-ci səhifədə təqdim olunub. Hər ixtisas qrupunda üç fənn üzrə son 4 sual açıq formalı test tapşırıqlarıdır. İxtisas qrupları üzrə açıq test tapşırığı təqdim olunan fənlər aşağı­dakılardır:

I –   

riyaziyyat, fizika, kimya;

II – 

riyaziyyat, coğrafiya, ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili);

III –

riyaziyyat, tarix, ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili);

IV –

riyaziyyat, kimya, biologiya.

    Test tapşırıqlarının cavablandırılmasına ümu­milik­­də 3 saat vaxt ayrılır.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil  fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fən­dən 30 test tapşırığı təqdim olunur. Test tap­şırıq­ları­nın cavablandırılmasına ümumilik­də 2 saat 15 dəqiqə vaxt ayrılır.

Buraxılış imtahanında ana dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dilində olan məktəblərin məzunları) V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən imtahan verirlər. Rus dili fənnindən imtahan verən abituriyentlər “Azərbaycan Res­publi­kasında Dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən mayın 1-də və ya iyunun 12-də “Azərbaycan dili” fənnindən test imta­hanı verməlidirlər.

19. Abituriyentlərin ixtisas qrupları üzrə qəbul imtahanlarında topla­dıq­ları ballar elan olunduqdan sonra ali təhsil müəs­sisə­lərinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul  imtahanında topladığı ümumi bal əsasında aparılır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı ümumi balı və onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balları da TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

  • I-IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşü­naslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentin xarici dil fənni üzrə nisbi balı 40-dan az olmamalıdır).

  • I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Region­şü­naslıq (regionlar üzrə)” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

  • Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

  • Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

  • Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
    Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan ixtisaslar üzrə müsabiqə aşağıdakı qaydada aparılır:

  • qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı əsasında;

  • qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında.

Bütövlükdə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə (bax: səh. 13-17, 21-24) və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə  şərtləri”ndə (bax: səh. 18-20, 25) verilmişdir.

I-IV ixtisas qruplarında dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticə­ləri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən edilir.

20. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ixtisas seçimi aparılır. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. Оrta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsinə ümumi balı 20-dən və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılırlar.

21. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

  • qəbul imtahanının əsas fənləri (səh. 8-dəki cədvələ bax) üzrə nisbi balların cəmi;

  • qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

  • qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini (səh. 8-dəki cədvələ bax) nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

  • qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

  • qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

  • təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

  • riyaziyyat fənni üzrə balın miqdarı;

  • ana dili fənni üzrə balın miqdarı.

Ali  təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən ixtisasları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin  qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

  • riyaziyyat fənni üzrə balın miqdarı;

  • ana dili fənni üzrə balın miqdarı.

22. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Apelyasiya Komissiyasına abituriyent şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. 

23. Qəbul kampaniyası TQDK tərə­findən hazır­lanmış normativ sənədlərlə nizamlanır. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

  • saxta sənəd təq­dim ­et­mək;

  • imtahanlara mobil telefon, xarici yaddaş qurğusu, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yar­dım­çı vasitələr gətirmək və onlardan istifadə etmək;

  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

  • səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat  müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində  zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

  • başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə  başqasını göndərmək;

  • nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;

  • cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Abituriyentin 23-cü bənddə göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərə­findən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.