Bakalavriat səviyyəsinə qəbul

Line Spacing+- AFont Size+- Çap

Balların hesablanma qaydası I-IV ixtisas qrupları üzrə

Abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal, 

NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.
NBq = 4 x Dq – Yq (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),
Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır.
NBa = 4 x Da (açıq tipli test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),
Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların sayıdır.


İMTAHAN FƏNLƏRİ VƏ ONLARIN İXTİSAS QRUPLARI ÜZRƏ ÇƏKİ ƏMSALLARI

İMTAHAN
FƏNLƏRİ
İXTİSAS QRUPLARI VƏ MÜVAFİQ ÇƏKİ ƏMSALLARI
I QRUP II QRUP III QRUP IV QRUP
Ana dili 1 1 2 1
Ədəbiyyat     1  
Riyaziyyat 2 2 1 1
Fizika 2     1
Kimya 1     2
Biologiya       2
Tarix     2  
Azərbaycan tarixi   1    
Coğrafiya   2    
Xarici dil 1 1 1  

İxtisas qrupları:  

      •  – riyaziyyat, fizika, mühəndislik, memarlıq və aqrar ixtisasları;
      • II  – iqtisadiyyat və idarəetmə, beynəlxalq münasibətlər, sosiologiya, regionşünaslıq (regionlar üzrə) və coğrafiya ixtisasları;
      • III – humanitar və pedaqogika ixtisasları;
      • IV – tibb, kimya, biologiya, psixologiya və aqrar ixtisasları.

V ixtisas qrupu üzrə (xüsusi qabiliyyət tələb edən mədəniyyət və incəsənət, bədən tərbiyəsi və idman ixtisasları)

Abituriyentin ümumi balı onun buraxılış imtahanı fənləri üzrə doğru cavabların sayının cəminə bərabər götürülür.

Hərbi liseylərə qəbul imtahanı üzrə

Hərbi liseylərə qəbul imtahanı Azərbaycan dilində keçirilir və abituriyent ana dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verir. Abituriyentə hər bir fənn üzrə 4-ü açıq tipli olmaqla 20 test tapşırığı təqdim olunur.
Abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal,
NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.

image002.png

hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür, Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların, S – fənn üzrə sualların ümumi sayıdır.

image004.png

Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların, S – fənn üzrə sualların ümumi sayıdır.


İMTAHAN FƏNLƏRİ VƏ ONLARIN İXTİSAS QRUPLARI ÜZRƏ ÇƏKİ ƏMSALLARI

İmtahan fənləri Çəki əmsalları / üstünlük dərəcələri
Ana dili 2/3
Riyaziyyat 2/1
Fizika 2/2
Kimya 1/4