AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Sınaq imtahanları

Line Spacing+- AFont Size+- Çap

1996-1997-cı tədris ilindən başlayaraq TQDK hər il qəbul imtahanları ərəfəsində Bakı, Naxçıvan, Sumqayıt, həmçinin bölgə mərkəzlərində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir.

2007-2008-ci illərdən TQDK abituriyentlər üçün “pretest layihəsi” çərçivəsində internet vasitəsilə virtual sınaq imtahanları keçirilməsinə başlanmışdır. Hal-hazırda abituriyentlər TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olmaqla öz biliklərini yoxlaya bilərlər. http://eservices.tqdk.gov.az/sinaq/)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının təşkil edilməsi abituriyentlər üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, qəbul imtahanları prosesinə tam uyğun keçirilən sınaq imtahanları abituriyentlərə:

  • proqram materialları üzrə öz bilk səviyyəsini yoxlanmağa imkan verir;
  • testlərlə işləmək vərdişlərini artırır;
  • test imtahanlarının texnologiyası ilə tanış olmalarına imkan verir;
  • ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirir;
  • imtahana psixoloji cəhətdən hazırlaşmalarına kömək edir.

Sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər (Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, Azərbaycan tarixi, coğrafiya və xarici dil) üzrə abituriyentlərin bilikləri qiymətləndirilir.

Sınaq imtahanları keçirildikdən sonra abituriyentlərin imtahan balları elan olunur.

Abituriyentlərin sınaq imtahanlarındakı nəticələri onların seçdikləri ixtisas qrupları üzrə bilik və bacarıqlarının üzə çıxarılmasında və gələcək ixtisas qruplarının seçilməsində böyük rol oynayır.

2015-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün aşağıda göstərilən tarixlərdə sınaq imtahanları keçiriləcəkdir.  

Sınaq imtahanları İcra tarixləri
Sınaq 1 05 aprel
Sınaq 2 12 aprel
Sınaq 3 19 aprel
Sınaq 4 03 may
16.02.2015 /

Magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı davam edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün fevralın 13-dən etibarən onlayn sınaq imtahanı keçirir.
Baxılıb: 3586
04.06.2014 /

İyunun 1-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyunun 1-də cari il üzrə keçirilmiş sonuncu sınaq imtahanının nəticələri iyunun 4-də saat 11:30-dan etibarən elan edilmişdir.
Baxılıb: 25116
30.05.2014 /

TQDK abituriyentlər üçün iyunun 1-də cari ildə sonuncu sınaq imtahanı keçirəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirir.
Baxılıb: 7147
25.04.2014 /

TQDK abituriyentlər üçün aprelin 27-də sınaq imtahanı keçirəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcəkdir.
Baxılıb: 10900
10.04.2014 /

Aprelin 6-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini aprelin 10-da saat 14:00-dan etibarən elan etmişdir.
Baxılıb: 17184
07.04.2014 /

TQDK aprelin 6-da sınaq imtahanı keçirmişdir


Baxılıb: 51598
03.04.2014 /

Növbəti sınaq imtahanına yazılış başlandı!

Hörmətli abituriyentlər! Aprel ayının 20-də keçiriləcək sınaq imtahanlarına yazılmaq üçün http://eservices.tqdk.gov.az/sinaq/ keçidinə daxil olun. Xatırladaq ki, sınaqlara yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərsiniz. Yazılış üçün 50 min oturacaq yeri təqdim olunmuşdur.
Baxılıb: 17712
17.03.2014 /

Sınaq imtahanlarına yazılış başlanır!


Baxılıb: 85629