SAT imtahanları

Line Spacing+- AFont Size+- Çap

Ümumi məlumat

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur. 
2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board”- Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanlarının keçirilməsi üçün DİM-in (keçmiş TQDK) test mərkəzi kimi fəaliyyət göstərməsi barədə razılıq əldə edilmişdir.  Bu razılaşmaya əsasən Dövlət İmtahan Mərkəzi (SEC) SAT-nin məlumat sistemində SEC 60129 kod nömrəsi ilə qeydiyyata alınmışdır. SAT imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı bu kod vasitəsilə DİM test mərkəzinin axtarışını verə bilərlər. SAT nəticəsini DİM-ə təqdim etmək istəyən şəxslər (hal-hazırda yalnız ADA Universitetinə qəbul üçün nəzərdə tutulur) “College Board”-un SAT ballarını qəbul etmə sistemində DİM-in bal qəbul etmə kodunu 7876 kimi qeyd etməlidirlər. 
Qeyd edək ki, DİM bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər DİM-in səlahiyyətinə daxil deyil.  

Qeydiyyat

ADA Universitetinə qəbul