SAT imtahanları

Line Spacing+- AFont Size+- Çap

ADA Universitetinə qəbul

“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır: 
1. DİM-in keçirdiyi qəbul  imtahanlarının nəticələri vasitəsilə; 
2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə. 

SAT imtahanının nəticəsi ilə müraciət edənlər üçün müəyyən olunmuş tələblər (son tarix 15 iyun 2017-ci ildir):
  • ərizə qəbulu müddətində (aprel ayının 10-dək) “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT imtahanı balı haqqında məlumatı iyun ayının 15-ə qədər DİM-ə təqdim etmək; 
  • SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərmək;
  • “ADA” Universitetinin elektron ərizə formasını doldurmaq. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;
  • IELTS və ya TOEFL imtahanının nəticəsini "ADA"-nın elektron ərizə formasına yükləmək (nəticələrin göndərilməsi üçün kod 2093). Qəbul üçün minimum bal tələbi qoyulmur;
  • Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar.  Bunun üçün onlar aprelin 10-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə keçiriləcək imtahanın tarixləri DİM-in saytında yerləşdirilmişdir (http://dim.gov.az/news/events/2030/).  2016-cı ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar. Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə minimal 15 bal toplamalıdırlar;  
  • “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak etmək. Müsahibə iyun ayında sənəd qəbulu prosesi bitdikdən sonra keçiriləcəkdir.