SAT imtahanları

Line Spacing+- AFont Size+- Çap

Qeydiyyat

İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:
  1.  İmtahanlara qeydiyyatdan keçmək üçün “College Board”-un internet səhifəsində şəxsi hesab açmaq:
    - “College Board” təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://sat.collegeboard.org/register) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;
  2. şəxsi hesab yaratdıqdan sonra, “My organizer” vasitəsilə "SAT Registration" bölməsinə daxil olmaq;
  3. Register” bölməsinə bir daha daxil olub, şəxsi məlumatlarınızı təhlükəsizlik məqsədi ilə yenidən daxil etmək;
  4. imtahana qeydiyyat üçün tələb olunan suallara cavab vermək (Qeydiyyat zamanı təhsil aldığınız orta məktəb haqqında məlumatı qeyd etməli olduğunuz xanada təqdim olunan "Find my school" funksiyasını aktivləşdirin və açılan yeni pəncərədən "Outside the United States" seçimini edib, ölkə xanasında Azərbaycan adını seçin və axtarışı başlayın. Çıxan siyahıda məktəbin adı olmasa, "Can't find your high school?" funksiyasına müraciət edin və açılan yeni pəncərədəki seçimdən, “My School is not listed” seçmək lazımdır). 
Qeydiyyatdan keçmək üçün öncədən hazırlanması tələb olunan vəsaitlər:

- Elektron faylda fotoşəkil (tələbləri ilə bağlı ətraflı məlumat linkdə: https://sat.collegeboard.org/register/photo-requirements); 
- Plastik ödəniş kartı (SAT imtahanının esse ilə ödənişi - 92.50 ABŞ dolları, esse daxil olmadan ödənişi isə 81.00 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü linkdə: https://sat.collegeboard.org/register/intl-services-fees ).

Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 5 gün qalmışa qədər əlavə gecikmə rüsumunu ödəyərək qeydiyyatdan keçmək mümkün olur (əlavə məlumat linkdə: https://sat.collegeboard.org/register/waitlist-status ).

İmtahana daxil olmaq üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. SAT imtahanına daxil olmadan öncə imtahanı vermək istəyənlərin ciddi hazırlaşmaları və sınaq testlərində özlərini yoxlamaları tövsiyə olunur (“College Board" təşkilatı tərəfindən dəstəklənən SAT imtahanının sınaq və hazırlığı üçün vəsait müvafiq olaraq linklərdə: https://collegereadiness.collegeboard.org/sample-questions və https://www.khanacademy.org/sat)

SAT imtahanının nəticələri bir qayda olaraq (istisnalar olmaq şərtilə) imtahan günündən 20 gün sonra imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanır.

İmtahan vaxtının bölgüsü və müddəti:

İmtahan vaxtının bölgüsü

Vaxt

Oxuma testi

65 dəq.

10 dəq. fasilə

Yazı və dil üzrə test

35 dəq.

Riyaziyyat testi (kalkulyator olmadan)

25 dəq.

5 dəq. fasilə

Riyaziyyat testi (kalkulyator olmaqla)

55 dəq.

2 dəq. fasilə

Seçim - Esse

50 dəq.


İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq tələb olunan sənədlər (şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport və buraxılış vərəqəsi – Admission Ticket) ilə imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

DİM-in test mərkəzi Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında olan inzibati binasında yerləşir.

2017-ci və 2018-ci illərdə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur: 
 
• 07.10.2017
• 02.12.2017 
• 10.03.2018 
• 05.05.2018 

DİM tərəfindən keçirilən SAT imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: amajidova@tqdk.gov.az