AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Yekun qiymətləndirilmə

Line Spacing+- AFont Size+- Çap
Ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış əvvəlki illərin məzunlarına təhsil sənədinin verilməsi aşağıdakı qaydada həyata keçirilir:
  1. Məzun bitirdiyi təhsil müəssisəsinə müraciət edir.
  2. Təhsil müəssisəsi tərəfindən məzun haqqında fərdi məlumatlar, onun buraxılış ilindən əvvəki ilinin illik qiymətləri, buraxılış ilinin illik qiymətləri və imtahan qiymətləri “Şagird-məzun” sisteminə daxil edilir.
  3. TQDK tərəfindən buraxılış ilindən əvvəki ilin illik qiymətləri, buraxılış ilinin illik qiymətləri və imtahan qiymətləri əsasında təhsil sənədinə yazılacaq yekun qiymətlər hesablanır.
  4. Elektron yekun qiymətlər əsasında Təhsil Nazirliyi tərəfindən məzuna dövlət nümunəli təhsil sənədi verilir.