AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Qabiliyyət imtahanları

Line Spacing+- AFont Size+- Çap

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair kitablar

Qabiliyyet_Idman_2009.jpgQabiliyyet_Memarliq_2009.jpgQabiliyyet_Musiqiseneti_2009.jpgQabiliyyet_Teatrkino_2009.jpgQabiliyyet_Tesvirisenet_2009.jpg
"Abituriyent" jurnalının xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula həsr edilən ayrıca bir buraxılışı çapdan çıxmışdır. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası və onların hansı ali və orta ixtisas təhsili müəssisələrində mövcud olması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapmışdır.

Materialların həcmi kifayət qədər geniş olduğuna görə, onların qavranılmasını daha səmərəli və asan etmək məqsədilə, eləcə də abituriyentlərin ixtisas seçimi istəklərini nəzərə alaraq materiallar xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabçada nəşr edilmışdır:

1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman

Vəsaitdə ümumi orta təhsil bazasında (IX sinif) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turların proqramları, qiymətləndirmə meyarları və tövsiyələr verilmışdır.

Vəsaitləri TQDK-nın binasının yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.