AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

TOEFL imtahanı

Line Spacing+- AFont Size+- Çap

Ümumi məlumat

TOEFL iBT® imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə səriştələri tətbiq etmə dərəcəsi müəyyən edilir.

İmtahan vaxtının bölgüsü və müddəti:

İmtahan bölmələri

Vaxt

Oxu

60-80 dəq.

Dinləmə

60-90 dəq.

10 dəq. fasilə

Danışma

20 dəq.

Yazı

50 dəq.


Onlayn formada keçirilən TOEFL iBT® imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. İmtahanın nəticələrini qəbul edən 130-dan çox ölkənin 9000-dən artıq kolleci, universiteti və institutları haqqında daha ətraflı məlumatı https://www.ets.org/toefl/ibt/about/who_accepts_scores keçidindən əldə edə bilərsiniz.

İl ərzində TOEFL iBT® üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TOEFL iBT® -un məlumat sistemində SSAC STN15430A kodu ilə qeydiyyata alınmışdır. TOEFL® imtahanını TQDK test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı TQDK test mərkəzini həmin kod vasitəsilə seçə bilərlər.

Növbəti TOEFL® imtahanın TQDK test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

 

26.11.2016

17.12.2016

14.01.2017

18.02.2017

04.03.2017

15.04.2017

13.05.2017

10.06.2017


Qeyd edək ki, TQDK bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir. Sualların məzmunu, eləcə də cavabların emal edilməsi ilə bağlı olan məsələlər TQDK-nın səlahiyyətinə aid deyil. 

Qeydiyyat

İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:

1.     İmtahana qeydiyyatdan keçmək üçün TOEFL iBT® -nin internet səhifəsində şəxsi hesab açmaq;

-ETS təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://toefl-registration.ets.org/TOEFLWeb/extISERLogonPrompt.do) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;

2.     Şəxsi hesab yaratdıqdan sonra, oradan «My Home Page» bölməsində «Register for a Test\Order Score reports»-a daxil olmaq;

3.     Qeydiyyatdan keçmək üçün TOEFL Test bölməsinə daxil olmaq, sonra «I agree» düyməsini seçmək;

4.     Növbəti səhifədə ölkəni, şəhəri, tarixi seçdikdən sonra təqdim olunan test mərkəzləri siyahısından «State Students Admission Commission» seçmək;

Qeyd: Ödəniş edilmədikdə qeydiyyat yekunlaşmış hesab edilmir. 

Qeydiyyatdan keçmək üçün öncədən tələb olunan vəsaitlər:

-Ödəniş plastik kart vasitəsilə həyata keçirilir. İmtahanda iştirak etmək üçün ödəniş haqqı 165 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü ilə linkdə tanış ola bilərsiniz: https://www.ets.org/toefl/ibt/about/fees/

- Qeydiyyatdan imtahandan bir həftə əvvəl keçmək lazımdır. Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 4 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (50 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkündür (əlavə məlumat linkdə:https://www.ets.org/toefl/ibt/register/)

Qeydiyyatdan keçmək üçün daha ətraflı məlumatı https://www.ets.org/Media/Tests/TOEFL/pdf/4677_TOEFL_Reg_Guide.pdf  linkindən əldə edə bilərsiniz.

TQDK tərəfindən keçirilən TOEFL imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: amajidova@tqdk.gov.az