AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
10.10.2013
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyi ilə birgə elektron dərslik portalı yaradır. Komissiyadan Trend-ə verilən məlumata görə, TQDK sədri Məleykə Abbaszadənin imzaladığı əmrə əsasən, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində formalaşmış yekun rəylər ölkədə tətbiq edilən dərslik siyasətinə görə yalnız 4 ildən bir yeni hazırlanacaq dərsliklərdə nəzərə alına bilər. Dərsliklərin daim təkmilləşdirilməsinin vacibliyini nəzərə alaraq, yeni dərsliklər çap olunanadək, Təhsil Nazirliyi ilə birgə elektron "Dərslik portalı" yaradılır. Portalda TQDK tərəfindən orta məktəblərdə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər və müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar yerləşdiriləcək. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq aydınlıq gətirməsi təşkil ediləcək. Tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər portalda hissə-hissə onlar keçildikcə yerləşdiriləcək. Elektron portal istifadəçiləri anonim olmamalı, bunun üçün "Dərslik portalı"nın istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər.