KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
04.04.2014
“Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaratmışdır”.

Bir neçə il əvvəl UNESCO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, qeyd olunan hesabat kitab halında rus dilində nəşr olunaraq yayılmışdır. Hesabat təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlilindən sonra hazırlanmışdır.

Hesabatda qeyd olunmuşdur ki, korrupsiya bütün dünyanın təhsil sistemlərinə ciddi zərər vurur. Ali məktəblərə qəbul zamanı qeyri-qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənilməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılmışdır. Sadəcə olaraq, daha yoxsul ölkələrdə sui-istifadə halları xeyli kəskin xarakter daşıyır. Müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür.

UNESCO ekspertləri Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər. Onlar qeyd edirlər ki, bu ölkədə “informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaratmışdır”.