AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

9 illik təhsil bazasında kolleclərə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı sona çatır

Line Spacing+- AFont Size+- Çap
27.07.2016

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar  29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 27 iyul saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.