Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

Line Spacing+- AFont Size+- Çap
07.08.2017

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirib.

Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması


Qəbul planı

 

Qəbul olunub

Qəbulolma
faizi

Azərbaycan 
bölməsi

Rus
bölməsi

Bölmələr 
üzrə cəmi

Dövlət (ödənişsiz)

4279

3924

191

4115

96.17

Dövlət (ödənişli)

5063

4098

141

4239

83.73

Özəl

1125

631

18

649

57.69

Cəmi

10467

8653

350

9003

86.01

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2017-ci il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.