• Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Baş səhifə
      • Xəbərlər

      2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı)

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

      09.10.18 8:40

      Buraxılış imtahanı (9 illik təhsil bazasında)

      I mərhələ (imtahan müddəti - 3 saat)

      Fənnin adı Maksimal  bal  
      Tapşırıqların sayı
      1. Tədris dili
      (Azərbaycan dili, rus dili)
      30 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
      2. Riyaziyyat 30 10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
      Cəmi:10 tapşırıq
      3. Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) 30 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
       2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ). 
      Cəmi:15 tapşırıq

      II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)

      Fənnin adı Maksimal
      bal    
       Tapşırıqların
        sayı
      1. Tədris dili (Azərbaycan dili, rus dili) 70 30 qapalı
      2. Riyaziyyat 70 30 qapalı
      3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)     70 30 qapalı

       Buraxılış imtahanı (11 illik təhsil bazasında)

      İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

      Fənnin adı Maksimal 
      bal   
      Tapşırıqların sayı
      1. Tədris dili (Azərbaycan dili, rus dili) 100 Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
      Cəmi: 30 tapşırıq
      2. Riyaziyyat 100 həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
      Cəmi: 25 tapşırıq
      3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 100                         1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
      2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 
      3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
      Cəmi:30 tapşırıq

       Maksimal bal: 300 

      Qəbul imtahanı (imtahan müddəti 3 saat)

      I qrup II qrup III qrup IV qrup
      Riyaziyyat - 30 tapşırıq
      (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
      Çəki əmsalı: 1,5
      Riyaziyyat - 30 tapşırıq
      (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
      Çəki əmsalı: 1,5
      Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
      Çəki əmsalı: 1,5
      Biologiya - 30 tapşırıq
      (22 qapalı +5  açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
      Çəki əmsalı: 1,5
      Fizika - 30 tapşırıq
      (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
      Çəki əmsalı: 1,5
      Coğrafiya - 30 tapşırıq
      (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
      Çəki əmsalı: 1,5
      Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
      Çəki əmsalı: 1,5
      Kimya - 30 tapşırıq
      (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
      Çəki əmsalı: 1,5
      Kimya - 30 tapşırıq
      (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
      Çəki əmsalı: 1
      Tarix - 30 tapşırıq
      (22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
      Çəki əmsalı: 1
      Ədəbiyyat - 30 tapşırıq
      (22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
      Çəki əmsalı: 1
      Fizika - 30 tapşırıq
      (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
      Çəki əmsalı: 1

       Maksimal bal: 400

      Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

      I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

      Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I,II,III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə), eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

      V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

      Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.

      Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

      Qeyd 4: Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul  müsabiqəsi zamanı abituriyentlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

      XI sinfi cari ildə bitirən  və I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı yaradılacaq.

      Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

      V qrup üzrə ali təhsil müəssisələrinə,  tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul  müsabiqəsi zamanı isə abituriyentlərin (cari ilin məzunlarının) buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.



      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1138,  Mikayıl Müşfiq küçəsi, 1M
      © 2019 Dövlət İmtahan Mərkəzi
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube