Dövlət İmtahan Mərkəzində iyunun 1-də növbəti TOEFL və SAT imtahanları keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
TOEFL imtahanında 9 nəfər, SAT (Subject) imtahanında isə 36 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL imtahanı iyunun 15-də, SAT imtahanı isə 2019-cu il oktyabrın 5-də keçirilməsi nəzərdə tutulur.
İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında müvafiq linklərdən ətraflı məlumat əldə edə bilərsiniz:
http://www.dim.gov.az/activities/exams/toefl/
http://dim.gov.az/activities/exams/sat/