AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

«Azərbaycan dili» fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri məlumdur

Line Spacing+- AFont Size+- Çap
08.07.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən imtahan  keçirib. 

İmtahan nəticələri iyulun 8-də saat 16:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında  məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

 Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək «məqbul» qiymət alıb.  

  «Azərbaycan dili» fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının  ali  təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər. 

Qeyd edək ki, 
Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.