Fransa-Azərbaycan Universiteti (UFAZ) tələbə qəbulu elan edilir

Line Spacing+- AFont Size+- Çap
18.07.2016

logo final AZ.jpg

Fransa-Azərbaycan Universiteti (UFAZ) Fransa və Azərbaycan Respublikaları Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş layihədir. 2016-cı ildən başlayaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris aşağıdakı 4 ixtisas üzrə  həyata keçiriləcəkdir:

  1. Geofizika mühəndisliyi;
  2. Kimya mühəndisliyi;
  3. Kompüter elmləri;
  4. Neft-qaz mühəndisliyi.

Tədris Fransız proqramları əsasında aparılacaq və UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris) ərzində ingilis dilində ADNSU-da aparılacaq. İxtisaslar üzrə UFAZ-ın ən yaxşı tədris göstəricilərinə malik tələbələri II və ya III kursda 1 semestr müddətinə Fransa universitetlərinə mübadilə oluna bilərlər. Onlar üçün Fransada yay məktəblərinin təşkili də nəzərdə tutulur.

2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, cəmi 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul qaydaları

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə l-ci qrup üzrə keçirilən qəbul imtahanında 500 və daha çox bal toplayan hər bir abituriyent UFAZ-ın tələbəsi olmaq üçün ADNSU-da təşkil olunacaq imtahanda iştirak etməlidir.

Sənədlərin qeydiyyatı cari il 18 – 23 iyul tarixlərində onlayn rejimdə (ufaz.edu.az saytında) və ya birbaşa təqdim etməklə saat 1000-dan 1700-dək ADNSU-da (İKT Mərkəzi, əsas tədris binası, Azadlıq pr., 34) aparılacaqdır.

Qeydiyyatdan keçmiş abituriyentlər 27 iyul 2016-cı il tarixində saat 900-da ADNSU-nun əsas tədris binasında olmalıdırlar. Saat 1000-da başlayacaq və 2 saat davam edəcək imtahanda abituriyentlər tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırmalı və ingilis dilində hər biri 5 sətirdən az olmayan 2 esse yazmalıdırlar. Test sualına verilən hər bir düzgün cavab 2 balla, hər bir esse maksimum 10 balla qiymətləndiriləcək. Test bölməsində 2 yanlış cavab bir düz cavabı ləğv edir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət olmadan ADNSU və digər ali məktəblər üzrə DİM tərəfindən elan edilmiş müsabiqədə iştirak edə bilərlər.

Əlaqə vasitələri:

Telefon: +99412-493-81-97
Veb-səhifə: ufaz.edu.az
E-poçt: ufaz@asoiu.edu.az
FB: facebook.com/ufaz.university/

UFAZ-la bağlı ADNSU-da açıq qapı günü

UFAZ-a qəbulla bağlı əlavə məlumat əldə etmək istəyən abituriyentlər və onların valideynləri 19 iyul 2016-cı il tarixində saat 1100-da ADNSU-nun əsas tədris binasında (Bakı şəhəri, Azadlıq pr., 34) yerləşən akt zalında təşkil olunacaq açıq qapı günündə iştirak edə bilərlər.

Əlaqə vasitələri:

Telefon: +99412-493-81-97
Veb-səhifə: ufaz.edu.az
E-poçt: ufaz@asoiu.edu.az
FB: facebook.com/ufaz.university/


Французско-Азербайджанский Университет (УФАЗ) – проект, предложенный по инициативе президентов Азербайджана и Франции. Начиная с 2016 года, Азербайджанским государственным университетом нефти и промышленности (АГУНП) и Страсбургским университетом будет проводиться совместная подготовка специалистов по следующим четырем специальностям:

  1. Геофизическая инженерия;
  2. Химическая инженерия;
  3. Компьютерные науки;
  4. Нефте-газовая инженерия.

Занятия будут проводиться на основе французской системы образования и выпускники УФАЗ удостоятся двух дипломов (Страсбургского Университета и АГУНП).

Обучение по всем специальностям будет проводиться на английском языке  в течение четырёх лет (1 год – подготовительный + 3 года – по специальности). Студенты II и III курсов, достигшие наилучших успехов, могут в течение одного семестра обучаться во французских университетах. Для них также предусмотрено проведение во Франции летних школ.

В 2016/2017-ом учебном году в УФАЗ планируется прием 160 студентов (по каждой специальности 30 – на бесплатной, и 10 –  на платной основе).

Правила приёма в УФАЗ

Абитуриенты, набравшие 500 и более баллов на вступительном экзамене, проводимом Центром государственного экзамена (ЦГЭ) для первой группе специальностей, допускаются к экзамену, проводимом в АГУНП для поступления в УФАЗ.

Регистрация документов будет проводиться с 18 по 23 июля сего года в режиме онлайн на сайте ufaz.edu.az, или же с 10.00 до 17.00  непосредственно в АГУНП (ИКТ Центр, основное здание, проспект Азадлыг, 34).

Абитуриенты, прошедшие регистрацию, 27 июля 2016 года в 9.00 должны быть в основном здании АГУНП.

Экзамен начинается в 10.00 и длится два часа.

Абитуриенты, согласно языку обучения (азербайджанский или русский), должны ответить на 10 тестовых вопросов по каждому из блоков (математика, физика, химия, общие знания) и написать два эссе на английском языке (количество строк по каждому из которых должно быть не менее пяти). Каждый верный ответ оценивается в 2 балла, а каждое эссе – в 10 баллов. В тестовых вопросах 2 неправильных ответа аннулируют 1 правильный ответ.

Абитуриенты, не прошедшие конкурс в УФАЗ, без каких-либо ограничений могут принять участие в конкурсе, проводимом ЦГЭ для поступления в АГУНП и другие высшие учебные заведения.

Контактная информация:
Телефон: +99412-493-81-97
Веб-страница: ufaz.edu.аz
Э-почта: ufaz@asoiu.edu.аz
Фейсбук: facebook.com/ufaz.university/

День открытых дверей в АГУНП, связанный с УФАЗ 

Абитуриенты и их родители, которые хотят получить дополнительную информацию, связанную с поступлением в УФАЗ, могут принять участие в дне открытых дверей, который будет проводиться 19 июля 2016-года в 11.00 в основном здании АГУНП (г. Баку, пр. Азадлыг, 34).

Контактная информация:
Телефон: +99412-493-81-97
Веб-страница: ufaz.edu.аz
Э-почта: ufaz@asoiu.edu.аz
Фейсбук: facebook.com/ufaz.university/