AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni 27 iyuldan etibarən çap edə biləcəklər

Line Spacing+- AFont Size+- Çap
26.07.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcəkdir. Bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni 27 iyuldan etibarən çap edib götürə biləcəklər.