II və III ixtisas qrupları üzrə «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər nəşr edilmişdir

Line Spacing+- AFont Size+- Çap
II və III ixtisas qrupları üzrə «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər nəşr edilmişdir
26.07.2016

_II_III.jpg
  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II və III  ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün  “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaları nəşr etmişdir.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, I və IV  ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar artıq satışdadır.

Jurnalı 27 iyuldan etibarən aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını 27 iyuldan etibarən (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).