AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Abituriyentlər üçün “Jurnalistika” ixtisasına keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
30.07.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

"Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanından məqbul alan abituriyentlər iyulun 30-u saat 18:25-dən etibarən (http://eservices.tqdk.gov.az/exam/2016/jur/jur_300716.html) imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 539 abituriyentdən 295 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 244 abituriyentdən 154 nəfəri məqbul qiymət alıb. Onlardan 146 nəfəri Azərbaycan, 8 nəfəri isə rus bölməsinin abituriyentləridir.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 2-də (saat 10:00-dan 17:00-dək) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 1-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, Apelyasiya Komissiyası TQDK-nın A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaqdır.