Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr etmişdir

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr etmişdir
22.08.2016

N_9_2016.jpgN_10_2016.jpg


Jurnalın 9-cu nömrəsində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın 10-cu nömrəsində isə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam  orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

·        Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

·        Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalların elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

(xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/)