"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunmuşdur

Line Spacing+- AFont Size+- Çap
"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunmuşdur
06.03.2017
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını, hər bir fənn üzrə qəbul imtahanı proqramlarını, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələrini “Abituriyent” jurnalının 1-ci nömrəsində çap etmişdir. Jurnalın bu nömrəsində eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin oxucuların sorğularına cavabları və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Jurnal aşağıdakı kitabxanalara göndərilmişdir:

Azərbaycan Respublikası Milli Kitabxanasına
Ünvan:  AZ1000,Bakı,Səbail,Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin kitabxanasına
Ünvan:  AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına
Ünvan:  AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına
Ünvan:  AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına
Ünvan:  AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə.

Bakı Dövlət Universitetinin Elmi kitabxanasına
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi, 23 (BDU, əsas bina).