Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
04.04.2017

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər 05-16 aprel tarixlərində aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər:

1) 2017-ci il 16 mart ‑ 10 aprel tarixlərdə ümumi qaydada təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” formasının surəti;
2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu).

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların

SİYAHISI

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və           birincilikləri. *

3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. “Eurovision” estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

 * Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli 159 nömrəli Qərarına əsasən.