Aprelin 30-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
01.05.2017

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 1-3 may 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd: Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.