DİM iyulun 27-də keçirdiyi qəbul imtahanının nəticələrini elan etmişdir

Line Spacing+- AFont Size+- Çap
28.07.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən  iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən  imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan etmişdir.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən  832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməmişdir. 2 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.