AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabr ayının 1-də növbəti SAT imtahanlarını keçirəcək

Line Spacing+- AFont Size+- Çap
30.09.2016

TQDK oktyabrın 1-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirəcək. İmtahanlar TQDK-nın inzibati binasında təşkil olunacaq.

İmtahan mərkəzinin ünvanı: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahana buraxılış üçün tələb olunan sənədlər:

  • buraxılış vərəqəsi (Admission Ticket)

  • şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document)

İmtahana buraxılış zamanı və imtahan müddətində imtahan qaydalarına (şəxsiyyəti təsdiq edən sənəd, kalkulyator, telefon və təhlükəsizlik üzrə tələblər daxil olmaqla) hazırlıqlı olmaq üçün  imtahan verənlərə verilmiş keçiddən təlimat ilə tanış olmaları tövsiyə olunur: https://collegereadiness.collegeboard.org/sat/taking-the-test/what-to-expect

İmtahanın başlama vaxtı: 08:30

İmtahan başlandıqdan sonra, gecikən şəxslər imtahan zalına buraxılmırlar.

İmtahan vaxtının bölgüsü və müddəti:

İmtahan vaxtının bölgüsü

Vaxt

Oxuma testi

65 dəq

10 dəq fasilə

Yazı və dil üzrə test

35 dəq

Riyaziyyat testi (kalkulyator olmadan)

25 dəq

5 dəq fasilə

Riyaziyyat testi (kalkulyator olmaqla)

55 dəq

2 dəq fasilə

Seçim - Esse

50 dəq

 

Qeyd: SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə əsaslı mənbə hesab olunur.