2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Şəki şəhərində keçirilmiş seminar haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Şəki şəhərində keçirilmiş seminar haqqında məlumat
07.11.2016

6 noyabr 2016-cı il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi Şəki şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminar keçirib. 

Müzakirədə Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir və Oğuz rayonlarının ümumtəhsil müəssisələrinin müvafiq fənn müəllimləri iştirak ediblər. 

Azərbaycan dili fənni üzrə seminarda Səbuhi Hüseynov və riyaziyyat fənni üzrə seminarda Aydın Qasımov gündəlik məsələ barədə məlumat vermişlər. 

Azərbaycan dili fənni üzrə seminarda Afiqə Batıyeva, riyaziyyat fənni üzrə seminarda Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış etmiş və sualları cavablandırıb. 


 

Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili, Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev isə riyaziyyat fənni üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verib. 

Çıxışlar ətrafında müzakirələr aparılıb. Müzakirədə Şəkidən fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllimi Dürdanə Rəhimova, 12 nömrəli tam orta məktəbin müəllimi Xatirə Mahmudova, 3 nömrəli tam orta məktəbin müəllimi Səhər Rzayeva, Kiş kəndinin 1 nömrəli tam orta məktəbinin müəllimi Anar Baxışov, Qudulu kənd tam orta məktəbinin müəllimi Afiq Mikayılov və Mingəçevirdən Güllü Əmiraslanova gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini veriblər.