AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlı rayonunda vətəndaşları qəbul edib

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlı rayonunda vətəndaşları qəbul edib
24.11.2016
DSC03135.JPG
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24‑də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Saatlı rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak  iştirak ediblər.

Görüşdə əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Vətəndaşlarla görüşdən sonra Saatlı, Sabirabad və İmişli rayonlarının Təhsil şöbələrinin rəhbərləri ilə 2015/2016-cı tədris ilində keçirilən imtahanların statistik məlumatları barədə müzakirələr aparılıb.