AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Line Spacing+- AFont Size+- Çap
01.12.2016

Abşeron rayonunda keçiriləcək qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul dekabr ayının 9-da saat 11.00-da Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan Şəhəri, H.Əliyev Parkı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.